Bakını bir birinə qatan sürücüyə 45 sutka həbs verildi Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub.
“Qafqazinfo” xəbər verir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “QAZ 3110” markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyev Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İlkin araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunmaqla N.Mehdiyevin narkotik vasitə qəbul etməsi müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla N.Mehdiyev 45 sutka inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 Noyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















