Icma.az
close
up
RU
Bakının 5 rayonunda torpaq və mənzillər bahalaşacaq Açıqlama

Bakının 5 rayonunda torpaq və mənzillər bahalaşacaq Açıqlama

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Bu ay Bakının Səbail, Nəsimi, Yasamal, Nərimanov rayonlarında və Xətai rayonunun mərkəzə yaxın ərazilərində daşınmaz əmlakın qiymətində artım gözlənilir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bu rayonlarda infrastrukturun yenilənməsi, söküntü işlərinin aparılması və əhalinin daha çox cəmləşməsi qiymət artımını şərtləndirən əsas amillərdəndir. Yeni ailələrin yaranması və dərs ilinin başlaması da bazarda alıcı və kirayəçi tələbinə təsir göstərir.

"Yeni tikintilərin maya dəyərinin artması, torpaq sahələrinin məhdudluğu və daşınmaz əmlakın investisiya cəlbediciliyini qoruması il ərzində qiymətlərin davamlı yüksəlməsinə şərait yaradır. Payız aylarında alıcı və kirayəçi tələbələrin artması da satış qiymətlərinə təsir edir", - deyə V.Oruc bildirib.

AQC sədri qeyd edib ki, oktyabrda, eləcə də noyabr və dekabr aylarında bahalaşmanın ilk növbədə, torpaq sahələrində müşahidə olunacağı proqnozlaşdırılır. Torpaq təklifinin məhdudluğu bu əmlak növündə qiymət artımının digərləri ilə müqayisədə daha yüksək olmasına səbəb ola bilər.

Onun sözlərinə görə, tikinti xərclərinin yüksəlməsi təməl mərhələsində olan binalardakı mənzillərin qiymətlərinə də təsir göstərəcək. Yeni tikililərdə isə tələbin artması əlavə bahalaşma amili kimi çıxış edir.

"Köhnə binaların sökülməsi, qəzalı vəziyyətdə olması və istismar müddətini başa vurması vətəndaşların yeni binalara üstünlük verməsinə gətirib çıxarır. Daha çox müraciət olunan istiqamət kimi yeni tikililərdə mənzillərin qiyməti artacaq", - deyə o, vurğulayıb.

V. Oruc fərdi yaşayış evlərində də bahalaşma gözlənildiyini bildirib. O, bunu həmin evlərin qiymətini formalaşdıran hər iki komponentin - torpağın və tikintinin dəyərinin artması ilə əlaqələndirib.

Ekspert kənd təsərrüfatı torpaqlarına da diqqət çəkərək, torpaqların konsolidasiyası ilə bağlı qərardan sonra böyük torpaq sahələrinin qiymətində ciddi artım gözlədiyini deyib.

Ucuzlaşma ehtimalına gəlincə, AQC sədrinin sözlərinə görə, daşınmaz əmlak bazarında hər hansı istiqamət üzrə kəskin qiymət enməsi proqnozlaşdırılmır. Bununla belə, qeyri-yaşayış sahələrində qiymət artımının daha zəif olacağı, qiymətlərin sabitliyə meyil göstərəcəyi gözlənilir.

O, bildirib ki, bəzi obyektlərin bağlanması və biznes kreditləri üzrə faizlərin yüksəkliyi kommersiya sahələrinə tələbi müəyyən qədər azalda bilər.

"Bu amillər oktyabr, noyabr və dekabr aylarında qeyri-yaşayış sahələrinin qiymət artımını məhdudlaşdıra bilər. Bəzi hallarda bazara təklif olunan obyektlərin icarə qiymətlərində 5-7 faizlik güzəştlərin edilməsi də mümkündür", - deyə V.Oruc əlavə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Oktyabr 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri