Mbappe zədəsini sağaldaraq Fransa millisinin məşqlərinə qayıtdı
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Fransa millisinin kapitanı Kilian Mbappe zədədən sonra komandanın ümumi məşqlərinə qayıdıb.
İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, hücumçu İtaliyaya 1:3 hesablı məğlubiyyətdən bir gün sonra Bordoda keçirilən bərpa məşqində iştirak edib.
Məşq kiçik gecikmə ilə başlayıb. Futbolçular təxminən 30 dəqiqə birlikdə çalışıblar. Bundan sonra İtaliya ilə qarşılaşmada daha çox fiziki yükə məruz qalan oyunçular məşqi erkən başa vuraraq paltardəyişmə otağına yollanıblar.
Meydanda yalnız əvvəlki görüşdə az oynayan və ya ümumiyyətlə iştirak etməyən futbolçular qalıblar. Onların arasında zədə səbəbindən İtaliya ilə matçı buraxan Mbappe də olub.
Fransalı hücumçu məşq proqramını komanda ilə birlikdə tam yerinə yetirib. Bu isə onun növbəti qarşılaşmaya hazırlığı baxımından müsbət xəbərdir.
Qeyd edək ki, Zinəddin Zidanın rəhbərlik etdiyi Fransa millisi noyabrın 15-də UEFA Millətlər Liqasının altıncı turunda Türkiyəni qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 14 Noyabr 2026 01:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















