Icma.az
close
up
RU
Bakının bəzi rayonlarında niyə su yoxdur? RƏSMİ

Bakının bəzi rayonlarında niyə su yoxdur? RƏSMİ

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi və Yasamalda yerləşən MİDA yaşayış kompleksində su təchizatında fasilələr yaşanır. Sakinlərin sözlərinə görə, xüsusilə pik saatlarda təzyiq zəifləyir, bəzi hallarda isə ümumiyyətlə, su olmur. Yayın ən isti günlərində bu cür problemlərin yaşanması narahatlıq doğurur. Bəs suyun verilişindəki bu azalmanın səbəbi nədir və nə vaxt düzələcək?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki,Bakı şəhəri və Bakıətrafı bəzi yaşayış ərazilərində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən səbəblərlə bağlıdır:

“Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir. Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır. Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı ətrafındakı yüksəkliklərdə pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud tikililər suyun şərq zonasına çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır”.

Qurumun açıqlamasında qeyd olunub ki, bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür:

“Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin isti hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb.Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox su verilir. Buna baxmayarq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir. Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kürsutəmizləyici qurğuları komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir”.

“İsti hava şəraitində mövcud problemlərin təsirinin minimuma endirilməsi məqsədilə abonentlərdən sudan daha da səmərəli istifadə etmək xahiş olunur”, - deyə məlumatda bildirilib.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 İyul 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri