Icma.az
close
up
RU
Bakının bu ərazilərində evlərə tələbat çoxaldı: qiymətlər sürətlə artır SİYAHI

Bakının bu ərazilərində evlərə tələbat çoxaldı: qiymətlər sürətlə artır SİYAHI

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Yay mövsümünün başlaması ilə bağ evlərinə tələbat sürətlə artır. Həm Bakıətrafı qəsəbələrdə, həm də turizm bölgələrində kirayə və satış qiymətlərinin yüksəldiyi müşahidə olunur. Bəzi ərazilərdə bağ evləri aylar əvvəldən bron edilir, bu da qiymətlərin daha da bahalaşmasına səbəb olur.

Bu il qiymətlərdə ötən illərlə müqayisədə nə qədər dəyişiklik müşahidə olunur?

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, əmlak üzrə ekspert Anar Nəsirov Azərbaycanda əmlak bazarının dünyanın əksər ölkələrində olduğu kimi tələb və təklif prinsipi əsasında formalaşdığını bildirib.

“Tələb artdıqca qiymətlər yüksəlir, təklif çoxaldıqda isə qiymətlərdə enmə müşahidə olunur. Kirayə mənzil bazarında 2019-cu ildən başlayan qiymət artımı hələ də davam edir. Hazırda kirayə götürmək istəyənlərin sayı kirayə verənlərdən çox olduğundan bazarda qiymətlər hər il müəyyən faizlə yüksəlir. Bunun əsas səbəblərindən biri Bakıda pilot layihələr çərçivəsində aparılan söküntü işləridir. Sökülən binaların sakinləri yeni binalar tikilənədək kirayə mənzillərlə təmin olunur. Əvvəllər kirayə mənzillər orta hesabla bir ildən sonra yenidən bazara qayıdırdısa, hazırda yeni binaların tikintisi 2-3 il çəkdiyindən həmin mənzillər uzun müddət bazardan kənarda qalır. Bu isə kirayə mənzil çatışmazlığını daha da artırır. Bundan əlavə, sökülən binalarda əvvəllər kirayəyə verilən mənzillərin də bazardan çıxması qiymətlərə təsir göstərir”.

Ekspert bildirib ki, yay mövsümünün başlaması ilə kirayə bazarında əlavə canlanma müşahidə olunur:

“Xüsusilə Mərdəkan, Şüvəlan, Novxanı və digər dənizkənarı ərazilərdə, eləcə də istirahət üçün əlverişli bölgələrdə kirayə mənzillərə, bağ evlərinə, villalara, koteclərə tələbat artır. İnsanlar bu evləri əvvəlcədən bron etdikləri üçün həmin ərazilərdə həm günlük, həm də aylıq kirayə qiymətləri yüksəlir. Qiymət artımının əsas səbəbləri ümumi kirayə bazarında mövcud olan çatışmazlıq və yay mövsümündə istirahət məqsədilə kirayə evlərə artan tələbatdır. Bu səbəbdən Bakı və ətraf qəsəbələrdə, turistik bölgələrdə kirayə qiymətlərində artım müşahidə edilir”.

Onun sözlərinə görə, yay mövsümü ilə bağlı qiymət artımı sentyabr ayının sonlarına qədər davam edəcək:

“Xüsusilə bağ evləri, villalar və dənizə yaxın ərazilərdə yerləşən kirayə obyektlərində qiymətlərin yüksək qalacağı gözlənilir. Eyni zamanda, yeni tədris ilinin başlanması ilə Bakıda kirayə mənzillərə tələbat daha da artacaq. Bazarda kirayə mənzillərin sayının məhdud olması, həmçinin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan tələbələrin paytaxta axını qiymətlərə əlavə təzyiq göstərəcək. Buna görə də ilin sonuna qədər kirayə bazarında qiymət artımının davam edəcəyini düşünürəm. Rayonlarda da, xüsusilə Bakıətrafı və dənizə yaxın istirahət zonalarında mövsümi tələbatın yüksək olması səbəbindən bağ evləri, villalar, koteclərin qiymətlərində artım gözlənilir”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyun 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri