Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Bakının bu qəsəbəsi sökülür sakinlər nə edəcək?

Bakının bu qəsəbəsi sökülür sakinlər nə edəcək?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bakının Binəqədi rayonunda yerləşən, tarixə “Xutor” adı ilə düşmüş yaşayış məhəlləsində söküntü işlərinə hazırlıq gedir.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, artıq rəsmi qurumların nümayəndələri əraziyə baxış keçirib, Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işlərinə start verilib.

Sakinlərə bildirilib ki, ərazidə söküntü planlaşdırılır, lakin hələlik kompensasiya məbləği barədə onlara heç bir məlumat verilməyib. Prosesin ilkin mərhələsi olduğu üçün hazırda yalnız ölçmə işləri aparılır.

Bu hadisə Bakıda illərdir davam edən, amma tam başa çatmayan geniş bir transformasiyanın - köhnə məhəllələrin sökülərək şəhər nəqliyyatının və infrastrukturun rahatlaşdırılması planlarının davamı kimi görünür.

“Xutor” sözü əslində rus mənşəlidir və kiçik kazak kəndi, təsərrüfatı anlamına gəlir. Bakının Binəqədi rayonu ərazisindəki bu məhəllə də vaxtilə Qafqaza köçürülmüş kazakların və digər rus icmalarının məskunlaşdığı yerdən miras qalıb. Əsrlərdir mövcud olan bu məhəllələr indi artıq şəhərin böyüyən infrastrukturunun tələblərinə cavab vermir və sovet dövründən qalmış plansız küçələr, dar yollar park problemini daha da dərinləşdirir.

Son illərdə Bakıda tıxac problemi şəhərin ən ciddi problemlərindən birinə çevrilib. Statistika göstərir ki, paytaxt küçələrində hər il avtomobillərin sayı orta hesabla 30-50 min artır. Ancaq küçə və yol şəbəkəsi, demək olar ki, dəyişməz qalır.

“Xutor” və “Sovetski” kimi ərazilərin sökülməsi yeni binalar üçün yox, əsasən yolların genişləndirilməsi, nəqliyyat axınının rahatlaşdırılması məqsədi daşıyır. Sovetskidə həyata keçirilən layihədə də eyni məntiq tətbiq olunmuşdu - dar və dolaşıq küçələr sökülərək geniş prospektlər salındı, əhali isə köçürüldü.

Burada bir mühüm sual yaranır: əgər söküntülər yolları genişləndirmək üçündürsə, niyə bu qədər uzun çəkir və nəticəsi bəzən gözləniləndən daha az olur?

Ekspertlər deyirlər ki, problemin kökündə yalnız yolun darlığı deyil, şəhərsalma strategiyasının və ictimai nəqliyyatın zəifliyi də dayanır. Köhnə məhəllələrin sökülməsi şəhərə vizual olaraq nəfəs versə də, əgər paralel olaraq avtobus xətləri, metro şəbəkəsi, dayanacaq mədəniyyəti inkişaf etdirilmirsə, tıxac problemi həll olunmur - sadəcə, daha geniş küçələrdə daha çox avtomobil yığılır.

“Xutor”un sökülməsi Bakının tarixi ilə müasir tələbləri arasında olan ziddiyyəti bir daha üzə çıxarır. Bir tərəfdə şəhərin nəfəs almağa ehtiyacı, daralan yollar, tıxaclar var. Digər tərəfdə isə illərlə məskunlaşmış icmalar, həyat hekayələri və şəhərin unikal ruhunu qorumaq arzusu dayanır.

Bakının gələcəyini planlayanlar üçün əsl məsələ budur: şəhəri həm genişləndirmək, həm də onu sadəcə asfalt və daşlardan ibarət olmayan canlı bir orqanizm kimi qoruyub saxlamaq. “Xutor”un taleyi isə bu suallara necə cavab veriləcəyini göstərəcək.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Musavat. com-a açıqlamasında bildirib ki, paytaxtı tıxacdan xilas etməyin yeganə yolu kompleks tədbirlər planıdır. Onun sözlərinə görə, çeşidli, üstünlüyü və maliyyə dayanıqlığı təmin olunmuş ictimai nəqliyyat növləridir: “Bu cür ictimai nəqliyyat növləri olmadan qeyri-mümkündür. Sıxlıq, tıxac böyük meqapolislərdə gözlənilən haldır. Lakin bununla yanaşı, sıxlıq və tıxaca ciddi alternativlər, hər bir məsafəyə uyğun təkliflər formalaşdırılır. Ötən ildən başlayaraq Bakıda mobilliyin transformasiya proqramı icra olunur. İlkin müsbət tendensiya odur ki, velo və avtobus zolağı təşkil olunub. Bu da yol sahəsində ciddi investisiya etmədən daha tez həllər verən vasitədir. Buna yüngül islahat kimi baxa bilərik.

Bu ilin başlanğıcında dövlət proqramı qəbul olunub. Orada isə daha sərt islahatlar nəzərdə tutulub. Daha dəqiq desək, relsli nəqiyyatın inkişafı - həm yerin altında metro şəbəkəsinin genişlənməsi, həm də yerin üstündə tramvayın bərpa olunması və şəhərətrafı elektrik qatarı şəbəkəsini modernləşdirib bugünki daşımanı 4-5 dəfə artırmaq hədəflənib.

Həmçinin 2025-2030-cu illər ərzində Bakı şəhərində olan bütün səkilərin vəziyyəti yerli icra hakimiyyətləri tərəfindən təftiş olunmalı və bütün baryerlər aradan qaldırılmalı, davamlılığın təmin olunması istiqamətində işlər görülməlidir. Çünki piyada infrastrukturu hər şeydən öndə gəlir. Bakıda elə bir prospekt və ya küçə yoxdur ki, əvvəlindən sonuna kimi davamlı, baryersiz səkisi olsun. Yaşlı və hərəkət məhdudiyyəti olan, gözləri görməyən və ya uşaqlı piyadaları nəzərə alaraq,  daha inkluziv və qısa keçidlər təşkil edilməlidir. İşıqforla nizamlanan və şəhərin daxilində insanların daha çox hərəkətini nəzərə alaraq, sürəti azaldan həllər tətbiq edilməlidir. Buraya müəyyən problemlərin işıqfor prinsipi ilə həllinə ehtiyac var. Elə problem var ki, bununla 24 saat ərzində həll oluna bilər. Elə köşklər, avtomobillər var ki, səkiləri zəbt edib. Bu problemlər bir sutkada həllini tapmalıdır".  

Ekspert deyir ki, səki məsələsində mikro yox, makro səviyyədə təhlillər aparılmalıdır: "Məsələn, sürətli yollarda keçidlər varsa, bu keçidlərə gələn yolların, yəni səkilərin səviyyəsinə baxmaq lazımdır. Onlar varmı, işıqlıdırmı? Həmin keçidlərin özü baryerlidirsə, onlar aradan qaldırılmalıdır. Yəni fərqli hərəkət iştirakçıları nəzərə alınaraq, yenidən təşkil olunmalıdır".

R.Ağamirzəyev bildirir ki,  alternativ küçələrin sayı çox olarsa, nəqliyat sisteminə müsbət təsir edər: “Lakin daha çox insan yaşayırsa, fərqli hərəkət üçün şərait yaratmaq lazımdır. Biz yol yox, çox funksional küçə salmağı öyrənməliyik. Bir küçədə təkcə avtomobil hərəkət etmir. Şəhərdə ən üst pillədə insandır. İnsan üçün səki düzəldilməli, qısa məsafəli mikromobillik zolaqları salınmalı, ardınca orta məsafə üçün avtobus, gələcəkdə isə tramvay və digər ictimai nəqliyyat növləri təşkil edilməlidir. Eyni zamanda yaşıllıq da nəzərə alınmalıdır. Çünki bir küçə ilə hərəkət edərkən, gün insanı yandırarsa, o, ikinci dəfə ora ilə getməyəcək. Bir küçə belə qurulmalıdır. Belə olarsa, şəhərdə insan çoxluğu problem yaratmaz. Biz isə əksinə, yolları asfalt səhrasına çeviririk”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri