Bakının bu küçəsində işıqforların iş rejimi dəyişdirildi
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Qara Qarayev prospekti ilə Azər Manafov və Şirin Mirzəyev küçələrinin kəsişmələrində təhlillər aparılıb və nəticədə yolda olan svetoforların iş rejimi dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə NİİM-in məlumatında bildirilib.
Qeyd edilib ki, əvvəllər Qara Qarayev prospektindən həmin küçələrin kəsişmələrinə daxil olan sürücülər burada daha çox gözləməli olurdular və nəticədə prospektdə intensivlik azalırdı:
“Yaranan problemi aradan qaldırmaq üçün Qara Qarayev prospektindən sola Azər Manafov və Şirin Mirzəyev küçələrinə hərəkət edən nəqliyyat vasitələri üçün svetoforların təkrarlayıcılarında yaşıl işığın yanma müddəti 10 saniyə artırılıb. Bununla da uzun müddətdir sürücüləri narahat edən problem həll edilib”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 06 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















