Bakının bu qəsəbəsi işıqsız qalacaq
Icma.az, Lent az saytına istinadən bildirir.
Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Lent.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Maştağa ETSİ ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Baxış sayı:132
Bu xəbər 03 Mart 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















