Icma.az
close
up
RU
İsraildən Güney Azərbaycan necə görünür?

İsraildən Güney Azərbaycan necə görünür?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İsrail üçün Azərbaycan sadəcə geopolitik müttəfiq deyil, etibarlı və hörmətli, əsl strateji tərəfdaşdır.

Bakı Cənubi Qafqazda əsas rol oynayır. Bölgədə stabilliyin, nəqliyyat təhlükəsizliyinin, enerji diversifikasiyasının təminatçısı olmaqla yanaşı, Şərq və Qərb arasında dialoqun qurulmasına da böyük töhfə verir. Elə məhz Azərbaycanın sayəsində müxtəlif siyasi sistemlərə, mədəniyyətlərə və dünyagörüşlərinə malik dövlətlər arasında konstruktiv dialoq mümkündür. Yerusəlim Bakını qonşularına qarşı deyil, əksinə, körpülər qurmağa çalışmasını yüksək qiymətləndirir və məhz bu yanaşma bu gün bütün regionda çox vacibdir. 

İsrail və İranda daxili “cəbhə” işə düşür?

İsrail və İran arasındakı münaqişə artıq iki dövlət arasındakı klassik hərbi qarşıdurma olmaqdan çıxıb. Burada açıq, demokratik, dünyəvi yanaşma ilə qapalı, klerikal və aqressiv yanaşma arasında dərin, sistemli bir toqquşma gedir. İsrail aydın şəkildə göstərir ki, biz İran xalqlarıyla vuruşmuruq. Əksinə, Yerisəlimdə yaxşı başa düşürlər ki, əksər iranlılar rejimdən, onun iqtisadi çətinliklərindən, repressiyalardan, təcriddən və gündəlik həyatda hərbiləşdirmədən əziyyət çəkirlər. İranda gizli də olsa, güclü bir müxalifətin, həm sadə insanlar, həm də keçmiş hərbçilər, zabitlər arasında geniş narazılığın olması İsrailin xüsusi xidmətlərinə çox dəqiq və ətraflı məlumat toplamağa imkan verdi.

Onlar komanda mərkəzlərinin harada olduğunu, hava müdafiə sistemlərini, logistika nöqtələrini və yüksək hərbi rəhbərliyin yerlərini dəqiq bilirdilər. Bu məlumatlar İsrailə hazırlıq görməyə kömək etdi və nəticədə İran ordusunun başı “kəsildi”, idarəetmə sistemi pozuldu. Xarici kəşfiyyatla daxili dəstəyin birləşməsi sayəsində ölkə üzrə hava müdafiə sistemləri effektiv şəkildə sıradan çıxarıldı. Daxildən dəstək olmasaydı, belə genişmiqyaslı əməliyyatı qısa vaxtda, minimal itkilərlə həyata keçirmək çox çətin olardı.

Beləliklə, İsrail sadəcə hərbi əməliyyat aparmır, o, İranda real vəziyyəti dəyişmək istəyən insanlarla bir yerdə çalışır. Onların inancı budur ki, diktatura dövrü bitib və regiona yeni, daha yaxşı bir səhifə lazımdır. Amma İsrail bunu çox ehtiyatla edir, heç kəsi böyük qarşıdurmalara və ya xarici işğal fikrinə sövq etmədən. Onların əsas məqsədi odur ki, daxildə təbii dəyişiklik baş versin. Hərbi təhdid yox olanda, insanlar qorxu hiss etməyəndə, bu dəyişiklik mümkündür. 

Cənubi Azərbaycan: İsrailin mövqeyi, prinsipləri və əlaqələri 

Cənubi Azərbaycan çox önəmli və həssas bir bölgədir. İsrail azərbaycanlılar, kürdlər, bəluçlar, bəhai icması, İranda yaşayan digər etnik-dini azlıqlar daxil olmaqla bölgədə yaşayan bütün xalqlara və mədəniyyətlərə böyük hörmətlə yanaşır. Biz inanırıq ki, dilə, mədəniyyətə, dinə və layiqli həyata haqqı olan hər kəsin bu hüquqları heç bir bəhanə ilə məhdudlaşdırıla bilməz. İsrail istəyir ki, bölgədəki bütün xalqlar inkişaf etsin, təhlükəsiz yaşasın və firavanlıq içində olsun. Həmişə sülhə, sabitliyə və quruculuğa can atan insanları dəstəkləyirik.

Belə insanlardan nə qədər çox olsa, region bir o qədər güclü və dayanıqlı olar. Cənubi Azərbaycana gəldikdə isə müxtəlif məlumatlara görə, İsrail İranda fəaliyyət göstərən fərqli ictimai qruplarla, o cümlədən müxalifətlə və milli azlıqların nümayəndələri ilə əlaqələr saxlayır. Bu, birbaşa müdaxilə demək deyil, amma İsrail vəziyyəti yaxından izləyir və məlumat sahibidir.

Hazırda əsas prioritet İranın nüvə proqramı və raket potensialı kimi mövcud təhlükənin aradan qaldırılmasıdır. Cənubi Azərbaycanın gələcəyi ilə bağlı məsələlər isə yalnız Tehran rejiminin dəyişməsindən sonra gündəmə gələ bilər və bu, növbəti mərhələnin işi olacaq. 

İran müharibədən sonra necə ola bilər? 

Əgər Ayətullah rejimi yıxılsa, İran tarixi bir seçim qarşısında qalacaq: ya mərkəzləşdirilmiş, amma islahatlara gedən ölkə kimi qalacaq, ya da Cənubi Azərbaycan kimi bölgələrə daha çox muxtariyyət verərək desentralizasiya (mərkəzi hakimiyyətdən yerli hakimiyyətə doğru səlahiyyətlərin, vəzifələrin, məsuliyyətin və resursların hərəkətindən ibarət müasir tendensiya ) yolunu seçəcək.

Buna görə də İsrail İranın dağıdılmasından yox, onu daha açıq, vətəndaşlarının hüquqlarına hörmət edən bir ölkəyə çevrilməsindən yanadır. İsrail Yaxın Şərq və Cənubi Qafqazdakı bütün dövlətlərin və xalqların inkişafı ilə maraqlanır. O, xalqları "özümüz" və "başqaları" kimi ayırmır. İsrail baxır ki, kim sülh içində yaşamağa hazırdır, kim isə bütün region üçün təhlükə yaradır.

Biz inanırıq ki, regionun gələcəyi xalqlar arasında əməkdaşlıqda, kimliyə hörmətdə, təhlükəsizlikdə və firavanlıqda yatıb. Gələcəkdə Azərbaycan mədəni kökləri ilə siyasi yetkinliyi arasında gözəl bir tarazlıq nümunəsi ola bilər. İsrail fəxr edir ki, Bakı bizim dostumuz və tərəfdaşımızdır. 

Yuri Boçarov, israilli politoloq, siyasi elmlər namizədi Tərcümə edən:Səbinə Uğur

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri