Bakının mərkəzində maşın yanıb VİDEO YENİLƏNİB
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Səbail rayonunda, Zərifə Əliyeva küçəsində avtomobil yanan zaman xəsarət alan olmayıb.
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
"Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən KIA markalı minik avtomobilində baş vermiş yanğın söndürülüb. Yaxınlıqda yerləşən obyekt yanğından mühafizə olunub", - deyə məlumatda bildirilib.
***
Bakıda minik avtomobili yanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə gecə saatlarında paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb. Görüntülərdə avtomobilin alov içində qaldığı, hadisə yerinə polis və yanğınsöndürənlərin cəlb olunduğu əks olunub.
Avtomobilin hansı səbəbdən yanması hələlik məlum deyil. Hadisənin təfərrüatları ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 25 İyun 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















