Icma.az
close
up
RU
Bakının mərkəzində narahatlıq yaradan məsələ Ətrafa yayılır, təhlükəlidir

Bakının mərkəzində narahatlıq yaradan məsələ Ətrafa yayılır, təhlükəlidir

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər paytaxtın mərkəzi küçələrində “fast food” obyektlərindən yayılan kəskin qoxular ictimai narahatlıq doğurur. Bu baxımdan qida mühəndisi Fərid Səfərovun da fikirləri diqqət çəkib. O bildirib ki, bu qoxular iybilmə reseptorlarına birbaşa təsir edərək insanları qeyri-sağlam qidalara meylləndirir. “Nəticədə qeyri-sağlam qidalar qəbul etmiş oluruq. Beynimiz orqanizminizin idarə edən və əmr verən mərkəzidir”, – deyə Səfərov qeyd edib.

Şəhərin mərkəzini bürüyən yemək qoxuları nə qədər təhlükəlidir?

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, küçədə ətrafa yayılan yeməklərin kəskin qoxularının insulin ifrazını stimullaşdırdığını, mədə şirəsinin artdığını və ya şüuraltı olaraq insanı acdırdığını demək olmaz:

“Çünki bu qoxular iştahaçıcı deyil. Bir var milli mətbəximizə aid kabab bişirirsən, ətri yayılır və bu, adama xoş təsir edir. Buna görə də deyirlər ki, evdə yemək bişirəndə qonşuya da ver, bəlkə hamilə qadın, uşaq və ya yaşlı var. Bu, xalq arasında formalaşmış yanaşmadır, çünki həmin qoxular iştaha açır. Küçədə bişirilən piti, qutab, milli mətbəxin ətri, dadı, ləzzəti tamam başqa təsir bağışlayır. Bu zaman demək olar ki, yeməyin insana müəyyən fizioloji və psixoloji təsiri var. Amma burada söhbət “fast-food”dan gedir. Dəfələrlə dəyişdirilməyən, yanmış yağların qoxusu insanın iştahasını artıra bilərmi?”

Ağa Salamov

Ekspertin sözlərinə görə, “fast-food” satılan məkanlarda yayılan qoxular o ağır və təhlükəlidir:

“Bəzən şəhərdə rahat gəzmək belə mümkün olmur. Bu sahədə çalışan sahibkarlara tövsiyə edərdim ki, burger kotletlərinin bişirildiyi izqaraları vaxtında və düzgün təmizlətsinlər. “D-9” adlanan bir maddə yağlı və yanmış ləkələrin təmizlənməsi üçün istifadə olunur və qida təhlükəsizliyi baxımından da icazəlidir. Amma həmin maddə ilə izqara isti-isti yuyulmalı, üzərində saxlanılmalı, çirki və pası tam təmizlədikdən sonra mütləq şəkildə şampunla durulanmalıdır. Ondan sonra üzərində yemək bişirmək olar. Eyni yanaşma iş səthlərinin təmizliyinə də aiddir. Təəssüf ki, bir çox hallarda səthlər düzgün şəkildə təmizlənmir.

Bəzi sahibkarlar üçün əsas məsələ qazancdır, amma kiminsə sağlamlığı, uşaqların, yaşlıların, hamilə qadınların səhhəti onları maraqlandırmır. Halbuki yanmış yağda bişirilən məhsulları yeyən insanlar arasında risk qrupuna daxil olanlar da var. Onları bu cür qidalarla təhlükə altına atmaq vicdansızlıqdır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri