Icma.az
close
up
RU
Bakının mərkəzinə maşınla girmək pullu olacaq: Ödəniş necə hesablanacaq?

Bakının mərkəzinə maşınla girmək pullu olacaq: Ödəniş necə hesablanacaq?

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi Bakının müəyyən ərazilərində ödənişli hərəkət zonalarının yaradılması nəzərdə tutulur. Bu isə həmin ərazilərə şəxsi avtomobillə daxil olan sürücülərin əlavə xərc çəkməsi deməkdir. Məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Avtomobil yolları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Yeni dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən ediləcək. Həmin zonalara nəqliyyat vasitələrinin daxil olmasına görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Toplanan vəsait dövlət büdcəsinə köçürüləcək.

Digər dəyişiklik avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına aiddir. Təklifə əsasən, bu sahədə fəaliyyət göstərən daşıyıcılara məsafə əsaslı avtomobil nəqliyyatı xidmətlərinin göstərilməsinə görə subsidiya ayrılacaq. Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək və onun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək.

Bəs, Bakıda hansı ərazilər ödənişli hərəkət zonalarına daxil ediləcək? Ödəniş bütün avtomobillərə şamil olunacaqmı?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov məsələyə bu cür mövqe bildirib: "Ödənişli hərəkət zonalarının xəritəsi artıq hazırlanır. İlkin yanaşmaya görə, bu zonaların əsasən nəqliyyat sıxlığının yüksək olduğu paytaxtın mərkəzi hissələrini, tarixi tikililərin yerləşdiyi əraziləri və işgüzar mərkəzləri əhatə etməsi nəzərdə tutulur. Ödənişin sabit tarif əsasında deyil, günün saatından və nəqliyyat intensivliyindən asılı olaraq diferensiallaşdırılması planlaşdırılır. Eyni zamanda, müəyyən güzəştli kateqoriyalar və həmin ərazilərdə yaşayan sakinlər üçün xüsusi tariflərin tətbiqi nəzərdə tutulur. Sistemin fəaliyyəti şlaqbaumlar vasitəsilə deyil, avtomatlaşdırılmış qaydada təşkil ediləcək. Belə ki, ödənişli zonaların giriş və çıxışlarında avtomobillərin dövlət qeydiyyat nişanlarını tanıyan kameralar quraşdırılacaq. Sürücülər ödənişi mobil tətbiq vasitəsilə avtomatik və ya zonaya daxil olduqdan sonra 24 saat ərzində onlayn kanallar üzərindən həyata keçirə biləcəklər. Toplanan vəsaitin isə ictimai nəqliyyatın inkişafına yönəldilməsi nəzərdə tutulur"./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Noyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri