Məktəblərdə şagirdlərə qarşı 92 məişət zorakılığı halı aşkarlanıb
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cari ilin ilk 10 ayında "Məktəblinin dostu" layihəsi çərçivəsində fəaliyyət göstərən əməkdaşlar tərəfindən 92 məişət zorakılığı halı qeydə alınıb.
Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, onlardan 42-si davamlı və daha ciddi məsələ olub.
"Hər bir hal araşdırılıb. Baş verən bütün bu hadisələrlə bağlı əlaqəli təşkilatlara müraciət edilib və məişət zorakılığı ilə əlaqədar olaraq 4 şagird sığınacağa yerləşdirilib.
Bizə müraciət edilən məişət zorakılığı hallarından 10-u valideynlər tərəfindən deyil, ailədə yaşayan digər üzvlər - ögey ana, ögey ata və ya digər qohumluq əlaqəsi olan şəxslər tərəfindən törədilib", - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Noyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















