Icma.az
close
up
RU
Bakının “nəfəs kəsən” MƏKANLARI: “Qorxu evləri” hansı hallarda məsuliyyət daşıyır?

Bakının “nəfəs kəsən” MƏKANLARI: “Qorxu evləri” hansı hallarda məsuliyyət daşıyır?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Adrenalin və ekstremal əyləncə həmişə gənclərin və yeniyetmələrin sevimli ünvanı olub.
Bu yaşlarda insanlar real, virtual olaraq ekstremal idmandan tutmuş, həyəcanverici dijital oyunlara qədər adrenalini yaşamaq, özlərini sübut etmək istəyirlər.
Bundan faydalananlar isə hər cür təhrikedici ekstremal məkanlar – təhlükəli atraksionlar, bungee jumping (hündürlükdən tullanma), qayadırmanma və s. yaradıblar.
Bunlardan biri də  müxtəlif  dərəcəli “Qorxu evləri”dir.
Son illər paytaxtda da onların sayı artmaqdadır. Təbii ki, tələb-təklif prinsipi ilə çalışan belə məkanlar kommersiya şərtlərinə cavab verdiyi halda heç bir qınaq oluna bilməz. Necə deyərlər, “qurddan qorxan meşəyə girməz”. Qorxu evinə girən orada başına nə gələcəyini bilir.
Bəs əgər ora gedən ziyarətçi “qurddan qorxduğunu” bilmirsə, yəni orqanizminin və psixoloji durumunun bu cür məkanlara baş çəkməyə icazə vermədiyi bilmirsə?!
Məsələn, bir neçə gün öncə belə məkanlardan biri olan Phobia Games yeniyetmə qızın müxtəlif bədən xəsarətləri alması, ardınca daha bir yeniyetmənin saçı yolunub, yerlə sürüklənməsi ilə gündəmə gəldi.
 

MÖVZU İLƏ BAĞLI: 

Qorxu evinə əylənmək üçün getmişdi, başına 11 tikiş qoyuldu – VİDEO


Baş verənlərlə bağlı şikayət əslində valideyn narahatlığı kimi anlaşılan olsa da, qarşı tərəfin “Niyə “zombi” rolunu oynayan aktyor uşağıma xəsarət yetirdi?” sualı da tərəddüd yaradır.  
Phobia Games də öz növbəsində iddiaları qəbul etmir.
İttihamlara cavab olaraq ictimaiyyətə bildirib ki, fəaliyyət göstərdiyi 3 il ərzində heç bir zorakılıq qeydə alınmayıb. Təhlükəsizlik və qonağa hörmət məkanın əsas prioritetidir. Həmçinin bildirilib ki, ziyarətçilər içəri girərkən şəxsiyyət vəsiqələrini təqdim edir və razılıq blankı imzalayırlar.  
Bəs bu cür hallarda qanun nə deyir?
Hüquqşünas Cavid Yolçuyevin Bizim.Media-ya açıqlamasına görə, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Amma həmin məcəllənin 1097.5-ci maddəsində deyilir ki, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulubsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
“Yəni razılıq əsasında baş verən hadisədən qarşı tərəf məsuliyyətdən azad olunur.
Sadəcə bundan sonrakı fəaliyyətində daha diqqətli olmağa, təlimatları gücləndirməyə fokuslanmalıdır. Bu kimi məkanlar əslində tibbi risklərlə bağlı təhlükəsizlik aktları ilə tənzimlənməli və mütəmadi yoxlanmalıdır.
 

Eyni zamanda əməkdaşlar vasitəsilə  risk və təhlükənin izahı verilməlidir. Bunun üçün qabaqcadan həmin qorxu evlərində oyunlar haqqında ətraflı məlumat verilməli, hansı psixoloji və fiziki təsir göstərəcəyi bildirilməlidir.  


İştirakçı nəyə razılıq verdiyini tam olaraq anlamalıdır. Anlaqsız razılaşırsa, bu artıq qanun pozuntusudur və məsuliyyət daşımalıdır”.
Hüquqşünas bildirir ki, bu məsələdə dünya təcrübəsindən yararlanmaq olar, çünki məqsəd təkcə kommersiya olmamalıdır, insanların, xüsusən də hələ tam formalaşmamış gənclərin psixi və fiziki sağlamlığı əsas götürülməlidir.
 

“Əks təqdirdə Mülki Məcəllənin 1098.1-ci maddəsinə görə, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər.


Üstəlik əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya təhlükə törədən binanın, qurğunun və s. nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, onun fəaliyyətinə xitam da verə bilər”.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri