Bakının nəqliyyat yükünün azaldılması üçün nə təklif olunur? Beynəlxalq TƏCRÜBƏ FOTO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəhərsalma, urbanistika və nəqliyyat planlaşdırılmasında düzgün qərarların verilməsi üçün baza anlayışlarına və real rəqəmlərə istinad etmək vacibdir.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaxın illərdə böyük şəhərlərin inkişafı “multimodal street” – yəni hər kəs üçün nəzərdə tutulan və buraxılış qabiliyyəti insan üzərindən ölçülən küçə modeli ilə idarə olunacaq.
Urbanistlər bildirirlər ki, küçənin buraxılış qabiliyyətinin nə qədər səmərəli olması, ora daxil edilən nəqliyyat növlərinin müxtəlifliyi ilə birbaşa əlaqəlidir. Araşdırmalar göstərir ki, eyni sahədə avtomobillə cəmi 1 nəfər daşındığı halda, avtobusla 70-100, velosipedlə 6-10 nəfər, piyada keçidlərində isə yüzlərlə insanın hərəkəti təmin oluna bilər.
Bu səbəbdən avtobus zolaqları, velosiped zolaqları və geniş səkilər urbanistlərin “xəstə fantaziyası” deyil, şəhərin nəqliyyat yükünü azaldan və iqtisadi səmərəliliyi artıran real alternativlərdir. Mütəxəssislər əlavə edirlər ki, bu elementlər təkcə hərəkətliliyi deyil, həm də təhlükəsizliyi artırır, ekoloji çirklənməni azaldır və şəhər məkanının insanlara qaytarılmasına imkan yaradır.
Urbanistlər sakinlərə və sürücülərə bu cür infoqrafikaları, rəqəmləri və müqayisələri tez-tez göstərməyi tövsiyə edirlər. Onların fikrincə, faktlara əsaslanan izahlar həm nəqliyyat mədəniyyətinin, həm də şəhər mühitinin daha sağlam inkişafına töhfə verir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 14 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















