Icma.az
close
up
RU
Bakının Qaradağ rayonunda “Qarabağa qayıdış prosesində informasiyanın rolu

Bakının Qaradağ rayonunda “Qarabağa qayıdış prosesində informasiyanın rolu

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

31 iyul 2025-ci ildə YAP Qaradağ rayon təşkilatının və "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiyanın rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri, "Qarabağa qayıdış prosesində informasiyanın rolu" layihəsinin rəhbəri Zamin Zeynal, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Firudin Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, şair-publisist, "Ədəbiyyat" qəzetinin şöbə redaktoru, Prezident təqaüdçüsü Sərvaz Hüseynoğlu, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, YAP fəalı Elşad Daşdəmirov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ üzrə nümayəndəliyinin əməkdaşları, Qaradağda yaşayan keçmiş məcburi köçkünlərin bir qrupu, Qaradağ rayonunun Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, QMƏVŞAİB Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov, qazilər, gənc könüllülər fəal iştirak ediblər.

Tədbirdə çıxış edənlər "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi tərəfindən "Qarabağa qayıdış prosesində informasiyanın rolu" layihəsi çərçivəsində bölgələrdə Qarabağdan olan məcburu köçkünlərlə birlikdə Qarabağa qayıdış zəminində keçirilən bu cür tədbirlərin ictimai-siyasi və mənəvi əhəmiyyətindən söz açıblar. Onlar vurğulayıblar ki, sonuncu tədbirin Qaradağ rayonunda yüksək səviyyədə keçirilməsi bir daha onu göstərdi ki, Qarabağa qayıdış prosesində informasiyanın rolu layihəsi uğurlu vətəndaş cəmiyyəti təşəbbüsü kimi dəyərləndirilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müqəddəs şəhidlərimizin canı, qanı hesabına, qazilərimizin sağlamlığının itirməsi nəticəsində azad edilmiş doğma Qarabağa qayıdış prosesi uğurla gerçəkləşdirilir. Belə ki, qüdrətli dövlət başçısı, qalib Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Qarabağda həyata keçirilən tikinti, quruculuq, abadlıq işləri, bu bölgənin dirçəlişinə və daha da yüksəlişinə öz müsbət təsirini göstərir.

MİRİİB sədri, "Qarabağa qayıdış prosesində informasiyanın rolu" layihəsinin rəhbəri Zamin Zeynal öz çıxışında bildirib ki, "Qarabağa qayıdış prosesində informasiyanın rolu" layihəsi çərçivəsində Qaradağ rayonu daxil olmaqla ölkəmizin dörd regionunda keçirilən ictimai-siyasi əhəmiyyətli tədbirdə məqsəd Qarabağa qayıdış prosesində informasiyanın rolunu gücləndirmək, bu prosesin məqsədyönlü şəkildə həyata keçirilməsinə vətəndaş cəmiyyətinin rolunu daha da artırmaqdır.

Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Firudin Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, şair-publisist, "Ədəbiyyat" qəzetinin şöbə redaktoru, Prezident təqaüdçüsü Sərvaz Hüseynoğlu, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, YAP fəalı Elşad Daşdəmirov, Qaradağ rayonunun Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, QMƏVŞAİB Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov, Heydər Əliyev Mərkəzinin fond müdiri Leyla Nəcəfova, YAP fəalı Türkanə Əliyeva və digərləri bildiriblər ki, məcburi köçkün soydaşlarımızı, gənclərimizi, Qarabağa qayıdışla əlaqədar milli vətənpərvərli əzmində söhbətlər apararaq yenidən o əzəli, əbədi Azərbaycana məxsus Qarabağ regionunda qurub-yaratmağa və yaşamağa təşviq etməliyik. Onlar qeyd ediblər ki, hər birimiz Qarabağın diriçəlişində və yüksəlişində fədakarcasına çalışmaqla ictimai maarifləndirməni daha da artırmalıyıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 İyul 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri