Icma.az
close
up
RU
“Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu mövzusunda tədbir keçirilib FOTO

“Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu mövzusunda tədbir keçirilib FOTO

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda İmişli raonunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Millət vəkili, partiya sədri Razı Nurullayev, "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri, “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal, Azərbaycan Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri, Azərbaycan Respublikasının Mediasiya şurasının intizam komissiyasının sədr müavini, 22 saylı mediasıya təşkilatının rəhbəri Orxan Mahmudov, ictimai-siyasi xadim Şəhid Vaqif Cəfərovun oğlu, Şuşa ziyalısı Nicat Cəfərov İmişlidə məskunlaşmış Qarabağdan olan soydaşlarımız fəal iştirak edərək çıxış ediblər.

Çıxış edənlər Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi ilə bağlı ictimai-siyasi, informasiya cəmiyyəti fəallığının vacibliyinə diqqət çəkərək qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müqəddəs şəhidlərimizin canı, qanı hesabına, Qazilərimizin sağlamlığının itirməsi nəticəsində azad edilmiş doğma Qarabağ qayıdışla bağlı qüdrətli dövlət başçısı, qalib Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Qarabağda həyata keçirilən tikinti, quruculuq, abadlıq işləri, Qarabağ bölgəsinin dirçəlişinə və daha da yüksəlişinə öz müsbət təsirini göstərir. Bununla yanaşı tarixi,əzəli torpağımız olan bu bölgədə rallaşdırlan İctimai-siyasi, iqtisadi, mədəni əhəmiyyətli tədbirlər yerli və beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilərək təqdir edilir.

MİRİİB sədri, "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal geniş məzmunlu çıxışında bildirib ki, QHT Agentliyi tərəfindən belə bir layihənin qalib edilməsi və göstərdikləri donor dəstəyi informasiya cəmiyyətinin Qarabağa qayıdış prosesində fəallığının artırılması baxımından mühüm əhəmiyyəti kəsb edir.

Layihə rəhbəri Zamin Zeynal onuda xüsusi olaraq bildirib ki, layihə çərçivəsində Qarabağa qayıdış ruhunda tədbirlərin keçirilməsi nəzərdə tutulmuş regionlarımızda bu sayaq tədbirləri keçirməkdə əsas məqsəd Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolunu gücləndirmək bu prosesin daha şəffaf, müsbət və məqsədyönlü şəkildə həyata keçirilməsinə ictimai təkan olmaqdır.

Qurum rəhbəri deyib ki, doğma Qarabağa qayıdış yalnız fiziki məkanın geri alınması deyil, həm də insanları, onların sosial əlaqələrini və mədəni irsini bərpa etmək deməkdir. Məlumatın düzgün və səmərəli paylaşılması insanların çətin və kritik dövrü daha asan və sakit keçirə bilməsi üçün vacibdir. Vaxtilə erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvarlarından didərgin salınmış məcburi köçkün soydaşlarımızla bu cür informasiya əhəmiyyətli maarifləndirmə yönümlü görüşlərin keçirilməsi nəticəsində gözlənilən əsas nəticələrdən biri əhali arasında davranış və sosial təcrübə dəyişikliyi olacaq. İnformasiya cəmiyyətinin gücləndirilməsi Qarabağa qayıdan insanların sosial həyatına müsbət təsir göstərəcək, onların öz ata-baba yurdlarına qayıdış prosesinə daha asan adaptasiya olmasına kömək baxımından layihənin davamlılığı olduqca vacibdir.

Qeyd edək ki, Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində növbəti tədbir Beyləqan rayonunda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 İyul 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri