Icma.az
close
up
RU
Bakının şərtləri dəyişir: Yüz il əvvəlin sənədi masaya qoyuldu Vacib gəlişmə

Bakının şərtləri dəyişir: Yüz il əvvəlin sənədi masaya qoyuldu Vacib gəlişmə

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bəzi Qərb təşkilatları Azərbaycanla Ermənistan arasında yenidən hansısa qarşıdurmanın yaranmasına çalışır. Onlar mümkün qədər İrəvanın prosesdən cüzi də olsa “üstünlüklə” ayrılması iddiasındadır. Bölgə üçün belə risklər nədən ibarətdir?

- Azərbaycanda Ermənistanın revanş istəməsinin tutarlı əsasları var. Əgər Ermənistan sülh istəyirsə, delimitasiya-demarkasiya prosesinin başa çatmasını, kommunikasiya xəttlərinin açılması arzusundadırsa, niyə silahlanır? Bu silahlanmaya yönələn vəsaiti erməni dövləti hazırda Qərbi Zəngəzurda, Göyçə və İrəvan ətrafında yolların yenilənməsi, dəmir yollarının çəkilməsinə sərf edə bilər. Bunu etmək əvəzinə Ermənistan silah aldığı ölkələrin sayını daha da genişləndirir. Bura bir sıra Avropa ölkələri də aiddir. Son olaraq Yunanıstan da Ermənistana S-300 raket komplekslərini göndərəcək. Fransa və Hindistandan başqa dövlətlərlə Ermənistan hazırda silah alışı üçün danışıqlar aparır. Məqsəd həmin ölkələrdən də müasir silahlar almaqdır. Bu artıq o deməkdir ki, Nikol Paşinyan Azərbaycanla şərti sərhədyani ərazilərdə qısa müddətli hərbi təxribatlar həyata keçirmək niyyətindədir.

- Paşinyan təxribatlar fonunda nəyə nail olmaq istəyir?

- Hazırda Ermənistanda vəziyyət heç də Paşinyanın istədiyi kimi getmir. O daxili sorğularda mövqeyini itirməkdədir. Belə olan halda ona şərti sərhədyani ərazilərdə kiçik də olsa “qələbə” lazımdır. Bu “qələbə” Azərbaycan və Ermənistan ordularının toqquşmasından sonra baş verə bilər.

- Qarşı tərəfi arxayın salan məqamlar hansılardır?

- Paşinyan düşünür ki, Qərbdəki havadarları Ermənistana baş verəcək təxribat fonunda ciddi dəstək verəcək. Məhz bu təxribatın nəticəsi kimi onlar Azərbaycanı günahlandırmağa başlayacaqlar. Nəticə etibarı iddia edirlər ki, Ermənistan “sudan quru çıxacaq”. Guman edirlər ki, Azərbaycana qarşı siyasi-hüquqi müstəvidə təzyiqlərin edilməsi üçün Emmanuel Makron (Fransa prezidenti) əlindən gələni edəcək. Düşünürlər ki, beləliklə Ermənistan hansısa əraziləri ələ keçirəcək.

- Qərbin baş verə biləcək təxribatda əsas niyyəti nədir?

- Onlar bu məsələdə Ermənistanı açıq şəkildə şirnikləşdirir. Bu yaxınlarda Polşa prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı missiyasının üzvləri ilə birgə Ermənistan və Azərbaycan arasında sərhəd bölgəsinə səfəri də bunu təsdiq edir. Dudanın Qərbi Zəngəzurdan Azərbaycan istiqamətinə boylanması, Yunanıstanın Ermənistana silahlar göndərməsi eyni ssenarinin tərkib hissəsidir. Həmçinin digər Avropa ölkələrindən İrəvana davamlı dəstək gəlir. Demək olar ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda oturmur. Bunun fonunda Fransa bölgədə daha aktiv yer almağa çalışır. Rəsmi Paris Avropada itirilmiş nüfuzunu Cənubi Qafqazda konpensasiya etmək istəyir. ABŞ tərəfindən də Parisa bu məsələdə olan dəstək göz önündədidr.

- Proseslərin bölgədəki vəziyyətə və Azərbaycana təsiri haqqında nə demək olar? Baş verənlər Bakını hansı addımları atmağa vadar edə bilər?

- Azərbaycan Ordusu bütün təxribatlara adekvat cavab verəcək. Ümumiyyətlə baş verənlər fonunda Azərbaycan tarixə yenidən nəzər sala bilər. Hesab edirəm ki, bir müddət sonra Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donal Tramp arasında bazarlıq olacaq. Avrasiyanın bəzi qitələrində dialoq vasitəsi ilə Vaşinqton və Moskva arasında nüfuza dairəsinə ayrılma, ölkələrin sərhədləri ilə bağlı qərarlar qəbul edilə bilər. Ukraynada və Moldovada nələrin baş verdiyi hər kəsin gözü önündədir. Ona gör də, Azərbaycanın da 100 il əvvəlki tarixə istinad etməsi mümkündür. Yüz il əvvəl bu ərazilərdə erməni torpağı olubmu, “Ararat respublikasının” ərazisi hansı torpaqlardan ibarət olub? kimi tarixi faktların gündəmə gətirilməsi qaçılmazdır. Həmçinin “Ararat respublikasının” keçmiş SSRİ-yə daxil olarkən hansı əraziləri əhatə etdiyi aydınlaşmalıdır. Əgər ermənilər bu tarixi faktların ortaya çıxmasını istəyirsə, Paşinyan silahlanmağa davam etsin və Azərbaycan Ordusu üzərinə hücuma keçsin. Nəticəni isə hər bir halda görəcək.

- Bu halda danışıqlar masasında Bakının mövqeyində hansı dəyişikliklərin baş verməsi ehtiması var?

- Azərbaycanın danışıqlarda tələbinin artması qaçılmaz olacaq. Bu tələblər sırasında Zəngəzur bölgəsinin silahsızlaşdırılması tələbinin də yer alması mümkündür. Dünya praktikasında bundan istifadə edilir. Əgər söhbət sülh danışıqlarından gedirsə, işğalçı və məğlub olan ölkə Qərbi Zəngəzura silahlar yığır və bu silahlarla Azərbaycan təhdid edilir. Bunun aradan qaldırılması üçün belə bir ssenari həyata keçirilə bilər. Ona görə də, Ermənistan öz ərazisində saxlamağa çalışdığı Avropa İttifaqının “missiyasına” da güvənməsin. Lazım gələrsə, Azərbaycan həmin “missiyanı” da ərazidən çəkindirməyi bacaracaq. Vaxtilə rus sülhməramlıları Qarabağın müəyyən hissələrində olarkən düşünürdülər ki, artıq Qarabağdakı status-kvo uzun müddətli olacaq. İddia edirdilər ki, Azərbaycan Ordusu sülhməramlıların üzərindən keçərək separatçı ermənilərə qarşı hər hansı əməliyyat aparmayacaq. Amma Azərbaycanın separatçılara qarşı anti-terror tədbirlərinin necə baş verdiyini hamı gördü. İndi rus sülhməramlıları bölgədə yoxdur. Bu Avropa İttifaqının Ermənistandakı xüsusi “missiyasına” da aiddir. Fransızlar düşünməsinlər ki, xüsusi “missiya” oradadırsa, onlar erməniləri qoruyacaq və beləliklə onlar istədikləri təxribatları törədəcək. Özlərini zamanla qeyri-adekvat aparacaqlarsa reallığın nədən ibarət olacağını görəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Dekabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see183

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see182

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see179

Hər şey niyə bahalaşır?

25 Oktyabr 2025 13:00see164

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see156

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see143

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see132

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see130

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see130

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see130

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see129

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see128

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see124

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see124

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri