Icma.az
close
up
RU
Bakının tıxac probleminə yeni həll İşə və dərsə başlama saatları DƏYİŞDİRİLİR

Bakının tıxac probleminə yeni həll İşə və dərsə başlama saatları DƏYİŞDİRİLİR

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. Belə ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub. Proqrama görə, bu məhz 2026-cı ildə reallaşacaq".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır:

"Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq. Bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir. Təhlillər göstərir ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır.

Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır. Gözlənilir ki, 2026-cı ildə Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi reallaşacaq. Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək. Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri