BakıSumqayıt qatarının qarşısına qəfil at çıxdı Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Abşeron dairəvi dəmiryol marşrutu üzrə Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan qatarın qarşısına Sumqayıt sahəsində qəfil at çıxıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin mətbuat xidmətinin əməkdaşı Bəxtiyar Hacıyev BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, maşinist tərəfindən tormozlama edilsə də, məsafə az olduğu üçün toqquşma hadisəsinin qarşısını almaq mümkün olmayıb.
Bu səbəbdən qatar həmin sahədə bir müddət dayanmalı olub, nəticə hadisə Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların hərəkətində gecikmələrə səbəb olub.
Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
Sahibsiz buraxılan təsərrüfat heyvanları qatarların hərəkətinə ciddi təhlükə yaradır.
Xatırladaq ki, bu il ərzində ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 42 dəfə toqquşub. Nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir. Maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatına risk yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 Dekabr 2024 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















