Bakıxanov, Köhnə Günəşli, İmişli və Qubada ağacları kəsiblər
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti son bir həftə ərzində Bakı şəhəri, İmişli və Quba rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlayıb.
Mia.az" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı paytaxtın Bakıxanov qəsəbəsi, “Qafqaz Residence” MTK-ya məxsus ərazidə, Xətai rayonu Köhnə Günəşli qəsəbəsi General Mehmandarov küçəsində, İmişli rayonu Qulubəyli kəndi ərazisində və Quba rayonu Aşağı Xuc kəndinin Digah Xucbala bələdiyyəsinə aid torpaq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 81 780 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 18 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















