Icma.az
close
up
RU
Bakıya gələn ilk erməni kim olacaq? Tarixi səfərlə bağlı maraqlı detallar

Bakıya gələn ilk erməni kim olacaq? Tarixi səfərlə bağlı maraqlı detallar

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son günlər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağı, kommunikasiyaların tezliklə açılacağı haqda pozitiv şərhlər, proqnozlar səsləndirilir. Bunun çox da uzaq olmayan dövrdə reallaşağına artıq kimsə şübhə etmir. 

Bəs bundan sonra ilk qarşılıqlı gəliş-gediş necə həyata keçiriləcək? Bakıya ilk səfəri Ermənistan Baş naziri Nikol Paşinyan, yoxsa digər rəsmilər edəcək? Müharibə etmiş ölkələr arasında bu cür “ayaqaçdı” diplomatiyası adətən necə baş verir? 

Globalinfo.az-a danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı deyib ki, müharibədən sonrakı səfər diplomatiyasının dünya praktikasında müxtəlif nümunələri mövcuddur:

“Bəzən belə səfərlər kiçikdən böyüyə doğru təşkil olunur. Yəni, əvvəlcə qeyri-hökumət təşkilatlarının nümayəndələri, ziyalılar, daha sonra isə rəsmi şəxslər ilk addımları atır. Müəyyən hallarda bu proses Çin və ABŞ nümunəsində olduğu kimi idmançılar vasitəsilə həyata keçirilə bilər. Lakin əks model də mövcuddur. Məsələn, 1930-cu ildə Afina-Ankara müharibəsindən sonra Yunanıstan Baş nazirinin Türkiyəyə yüksək səviyyəli səfəri bu münasibətlərin yeni mərhələyə keçməsinə səbəb olub. Səfər diplomatiyasında hər iki yanaşma mümkündür. Əsas odur ki, ictimai rəy buna hazır olmalı və Ermənistandakı revanşist meyllər minimuma endirilməlidir”.

Araz Aslanlı

Həmçinin oxuyun:

Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı – Gizli detallar

A.Aslanlı qeyd edib ki, ən gec 2026-cı ilə qədər iki ölkə arasındakı ilk səfərləri görəcəyik:

“Bu səfərlər ehtimal ki, ziyalılar, qeyri-hökumət təşkilatları və jurnalistlər səviyyəsində olacaq, ya da birbaşa iki dövlət arasında, yaxud çoxtərəfli formatda həyata keçirilə bilər. Bütün bu variantlar mümkündür. Hazırda bunun üçün psixoloji atmosfer də uyğundur. Beynəlxalq tədbirlərdə iştirak yolu ilə də ilk səfərlərin baş tutma ehtimalı mövcuddur. Yəni birbaşa digər ölkəyə səfər etmək əvəzinə, tərəflər beynəlxalq tədbirlər çərçivəsində bir araya gələ bilərlər. Xüsusən, parlament nümayəndələri hər iki tərəfdən bu cür tədbirlərdə iştirak edə bilərlər”.

Politoloq Xəqani Cəfərli isə bildirib ki, sülh müqaviləsi imzalandıqdan sonra ilk səfərləri “ayaqaçdı”ları diplomatlar həyata keçirir:

Xəqani Cəfərli

“Çünki sülh müqaviləsinin imzalanmağı ilə bütün məsələlər dərhal həll olunmur. Gediş-gəlişi, əməkdaşlığı müəyyən edəcək onlarla sənəd imzalanmalıdır. Bunun üçün ilk səfərləri diplomatlar, rəsmi şəxslər və ardınca media təmsilçiləri edəcəklər. Bunun ardınca biznes dünyasının, bank və mobil operatorlar, internet provayder şirkətlərinin təmsilçiləri ilk əlaqə quranlar olacaqlar. Şübhəsiz ki, vətəndaş cəmiyyəti təmsilçiləri də gələnlər arasında olacaq. Ən son isə sıravi insanlar səfər edəcəklər. Güman ki, “ayaqaçdı” edən tərəf Ermənistan olacaq”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Avqust 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri