Icma.az
close
up
RU
Bakıya gətirilən 5 manatlıq ət: TƏHLÜKƏLİDİR?

Bakıya gətirilən 5 manatlıq ət: TƏHLÜKƏLİDİR?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkədə ətin qiyməti xeyli bahadır. 

Hazırda bazarda mal ətinin kiloqramının qiyməti 15-16 manat, qoyun ətinin qiyməti isə 19-20 manat arasında dəyişir. 

Bunu isə qəssablar əsasən onunla əlaqələndirirlər ki, bölgələrdə satılan diri heyvanın qiyməti bahadır. Son günlər paytaxtdakı bir sıra marketlərdə Monqolustandan gətirilmiş ət satışa çıxarılıb. Həmin ətin qiyməti isə 11-12 manat təşkil edir. 

Yerli ətdən fərqli olaraq daha ucuz olan bu əti alan vətəndaşlar da var. Monqolustandan idxal edilən ətin qiymətinin yerli bazardakı ətdən ucuz olması onun keyfiyyətinin aşağı olmasındanmı irəli gəlir?   

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Monqolustandan Azərbaycana gətirilən bəzi ətlər dondurulmuş, bir qismi isə diri formada gətirilir: 

“Diri formada gətirilən ətin keyfiyyəti Azərbaycanda  yetişdirilən mal ətindən kifayət qədər keyfiyyətlidir. Çünki Monqolustanın otlaq üçün böyük əraziləri var. Heyvanları otlaqlarda bəsləyirlər. Bizdə olduğu kimi heyvanları qapalı şəraitdə saxlayıb, yem, su vermirlər. 

Bu baxımdan da Monqolustanda ətin qiyməti 1-2 dollar ətrafındadır. Yəni orada ətin qiymətinin ucuz olması yalnız ətin maya dəyərinin aşağı olması ilə bağlıdır. Monqolustandan Azərbaycana gələn ətin idxal, gömrük qiyməti 3-5 manatdan yuxarı deyil. 

Yəni onun qiyməti 5 manata başa gələr. Ancaq onu gətirib Azərbaycanda ikiqat baha qiymətə satırlar. Keyfiyyətlə bağlı bir məsələ ondan ibarətdir ki, dondurulmuş ətin tərkibində 8 ferment var və o, yalnız qırmızı ətdədir. Həmin 8 fermentdən 2-si dondurulma zamanı ölür. 

Dondurulmuş ətin təzə ətdən fərqi ondan ibarətdir. Yəni Monqolustandan gətirilən ətin keyfiyyəti Azərbaycandakı ətin keyfiyyətidən heç də geri qalmır". O deyib ki, Monqolustanda heyvanların yeminə pul vermirlər: 

"Buna görə də oradan gətirilən ət ucuz olmalıdır. Azərbaycanda ətin qiymətini bahalaşdıran əsas faktor  otlaq sahələrinin olmamasıdır. Monqolustandan gətirilən ətin heç bir təhlükəsi yoxdur, onu alıb rahatlıqla istifadə edə bilərlər”.

Monqolustandan gətirilən ətin qiymətinin yerli ətin qiymətinin ucuzlaşmasına təsiri ilə bağlı ekspert deyir ki, əgər oradan çox miqdarda ət gətirilsə, bazarda ətin qiymətinə   təsir göstərəcək: 

“Bu da idxalın həcmindən asılıdır. Məsələn, 5 kilo ət almağa imkanı olmayıb 1 kilo ət alan vətəndaş gəlib monqol əti alacaq və bazarda yerli məhsula tələbat azalacaq. Ona görə də ət istehsalçıları məcbur olub qiymətləri aşağı salacaqlar”.  

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Ət 5 manatlıq Monqolustan Akif Nəsirli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri