Bakıya mövsümi işə görə gəlibmişlər... Təfərrüat
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünən Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncin hamısı Lerik rayonunun Orand kənd sakinləri olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyiti sudan çıxarılan 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və qardaşı 2007-ci il təvəllüdlü Elmarın nəşləri dəfn edilmək üçün doğma kəndlərinə aparılıb. 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlu isə Bakıda dəfn olunacaq. Hazırda Namiqin qohumu 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.
Bildirilib ki, vəfat edən gənclər paytaxta mövsümi işlə bağlı gəlibmiş. Onlar Xəzər rayonu ərazisində tikinti sahəsində usta və fəhlə kimi çalışıblar və dünən işlərini yekunlaşdıraraq təhvil veriblər. Bundan sonra 4 gənc istirahət məqsədilə dəniz sahilinə yollanıb.
Qeyd edək ki, gənclərin doğulduğu Orand kəndi 2017-ci ildə qar uçqunu ilə gündəmə gəlmişdi. Həmin vaxt evin damına yığılan qar kütləsi uçmasına səbəb olmuş, nəticədə, bir ailənin 4 üzvü həlak olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 23 İyun 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















