Bakıya Paşinyanın bu cür ucuz siyasi “şou”ları lazım deyil: Azərbaycan Ermənistandan nəyi tələb edir? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
“Ermənistanda qondarma təsisatın əski parçasının (qondarma “Artsax” bayrağı – red) yığışdırılması Azərbaycan üçün heç bir anlam kəsb etmir. Bu, İrəvanın Azərbaycanın BMT Nizamnaməsindən və digər beynəlxalq sənədlərdən irəli gələn şərt və tələblərindən yayınmasına imkan vermir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili səsləndirib.
“Ermənistanın müstəqillik bəyannaməsində və konstitusiyasında Azərbaycanın suveren ərazilərinin işğalını və ilhaqını nəzərdə tutan imperativ müddəalar var. Həmçinin, Ermənistanın digər hüquqi-normativ aktlarında da Azərbaycana qarşı birbaşa və dolayısıyla ərazi iddiaları qalmaqdadır. Eyni zamanda Ermənistanda orta və ali məktəblərin tarix və digər dərsliklərində Azərbaycan və Türkiyənin suveren ərazilərinə açıq iddialar bu günə kimi qalır. Paşinyan hakimiyyətdə olduğu 7 il ərzində, xüsusilə də 44 günlük müharibədən və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən açıqlamalarından sonra, bütün təsir mexanizmlərinə sahib olduğu halda, bu məsələlərin həlli istiqamətində heç bir addım atmayıb. Paşinyan, ictimai rəyə işləyən və kütlənin alqoritmləri ilə hərəkət edən bir siyasətçidir. Amma bu qəbildən olan ucuz siyasi şouların Azərbaycan üçün heç bir anlamı yoxdur. Bakı İrəvandan praktik və ciddi addımlar gözləyir”, – deyə Elçin Mirzəbəyli vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 05 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















