Icma.az
close
up
RU
Ermənistandan Bakıya növbəti mesaj Paşinyanın hədəfi nədir?

Ermənistandan Bakıya növbəti mesaj Paşinyanın hədəfi nədir?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı irəli sürdüyü tələbi ilk dəfə olaraq anlayışla qarşıladığını bəyan edib. O, Bakının bu məsələni gündəmə gətirməsini, real narahatlıq kimi qiymətləndirməyin vacibliyini vurğulayıb.

Paşinyan çıxışında bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı narahatlıq əsaslı görünə bilər və bu məsələni vicdanla dərk edib həll yolları axtarmaq lazımdır. Bu, indiyədək Ermənistan rəhbərliyindən eşidilməmiş bir yanaşmadır və Paşinyanın ritorikasında yeni bir xəttin başladığını göstərir.
Baş nazirin bu fikirləri nəyə hesablanıb?

Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, Paşinyan formal olaraq özünü sülh sazişinə hazır kimi göstərmək istəyir:

“O, sazişin mətnini təsdiqləyib, ATƏT-in Minsk Qrupunun buraxılması ilə razılaşıb, konstitusiyanın dəyişdirilməsinə isə loyal münasibət göstərib. Hətta bu dəyişiklik məsələsinə “vicdan məsələsi” adını verib.

Bu açıqlamalar Paşinyanın dilindən eşidiləndə, doğrusunu desək, inanılmaz səslənir. Çünki çox da uzaq olmayan dövrə qədər Paşinyan nə Minsk Qrupunu, nə də konstitusiya dəyişikliyini gündəmə gətirməyə meyilli idi. Görünür, az sonra o, bunu da deyəcək: “Qərbi azərbaycanlıların qayıdışı məsələsində Ermənistana qarşı ərazi iddiası yoxdur…”

Hazırda görüntü belədir ki, Paşinyan sanki bir an öncə sülh sazişini imzalamağa hazırdır. Lakin son günlərdə atdığı addımlar onun əslində bu niyyətə prinsip etibarilə yaxın olmadığını göstərir. Bu vəziyyəti zaman çərçivəsində təhlil etmək və dəyərləndirmək vacibdir.

Ermənistan rəhbərliyi bəyan edib ki, konstitusiya yalnız 2027-ci ilin sonlarında dəyişdiriləcək. O vaxta qədər isə hələ 2,5 il vaxt var”.

Siyasi şərhçi qeyd edib ki, konstitusiya dəyişmədikcə sülh sazişi də imzalanmayacaq:

“Bu isə o deməkdir ki, həmin müddətdə Minsk Qrupu da rəsmi olaraq gündəmdən çıxarılmayacaq.

Belə olan halda, Paşinyan qarşıdakı azı 2 illik dövrü taktiki fürsət kimi dəyərləndirmək niyyətindədir. O, bu müddət ərzində özünü beynəlxalq ictimaiyyətə sülh tərəfdarı kimi təqdim edəcək, “Azərbaycanın heç bir sülh şərtinə yox demirəm” deyə bilər və beləliklə, konstitusiya dəyişikliyinə qədər vaxt qazanmağa çalışacaq.

Bu iki il ərzində Paşinyanın konkret taktiki planları var. Konstitusiyanı dəyişməzdən əvvəl o, beynəlxalq siyasi, hərbi və iqtisadi inteqrasiyalar sahəsində fəallaşmaq, bölgədə nisbi sabitlik və arxayınçılıq mühiti formalaşdırmaq istəyir.

Kaş ki, doğrudan da onun sülh sazişini imzalamaq kimi səmimi niyyəti olaydı. Amma əgər Paşinyan çox istədiyi regional arxayınçılıq mühitinə nail olarsa, iki ildən sonra hansı iddialarla ortaya çıxacağı indidən bəlli deyil.

Bu baxımdan, Paşinyanın nə düşündüyündən asılı olmayaraq, Azərbaycan üçün ən etibarlı təminat hərbi büdcəni hər keçən gün daha da gücləndirməkdir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri