Icma.az
close
up
RU
Bakıya qarşı bitməyən DEMARŞ Rusiya efirində TƏXRİBATIN səbəbi

Bakıya qarşı bitməyən DEMARŞ Rusiya efirində TƏXRİBATIN səbəbi

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı-Moskva münasibətlərində “soyuq savaş” dönəmi ilk baxışda arxada qalsa da, rəsmi Kremlə yaxın bəzi dairələr israrla təzədən aranı qarışdırmağa çalışır. Özü də Azərbaycanın çoxdan tarixin arxivinə göndərdiyi erməni separatizmi “kartı” ilə. Bu da “isti” nümunə.

Xəbər verildiyi kimi, Rusiyanın federal telekanalı olan “Rossiya-1” həftəsonu Ukraynaya qarşı Rusiya tərəfində döyüşən erməni könüllü batalyonu olan “Arbat” haqqında tərifli reportaj yayımlayıb. Reportajda döyüşçülərin adları çəkilməsə də müxbir onlardan birini təqdim edir. Həmin erməni silahlı deyir ki, ilk dəfə 14 yaşında Qarabağ müharibəsi zamanı pulemyot götürüb, indi “Rusiya uğrunda” vuruşur. Reportajın digər “qəhrəmanı” mühəndislik təhsili olan sapyordur. O, da cinayətkar “karyerasına” Qarabağda başladığını bildirir. Orada Rusiya sülhməramlılarına kömək etməsi (?! – red.) ilə bağlı xatirələrini bölüşür. Ardınca kamera “Rusiya uğrunda” vuruşan erməninin hərbi geyimi üzərində separatçı qurumun əski parçası olan və “ARTSAKH” yazılmış emblemi nümayiş etdirir.

Əcəba, Moskva Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bu cür təxribatlarla nə demək istəyir? Rusiya artıq çoxdan vurulmuş Qarabağ “kartından” niyə əl çəkə bilmir? Üstəlik, Ukrayna cəbhəsində rus ordusu nə günə qalıb ki, erməni separatçılara bel bağlayırlar? Onlar döyüşə bilsəydilər, elə Qarabağda döyüşərdilər, dabanlarına tüpürüb aradan çıxmazdılar...

Professor Qulu Məhərrəmli Musavat.com-a qeyd edib ki, Rusiya televiziyalarının, ümumiyyətlə, Rusiyanın ideoloji istiqamətinin bu cəhəti təəccüblü deyil: “Nə Rusiyanın özü, nə oradakı generalitet, nə də Rusiyada kifayət qədər güclü mövqelərə malik olan erməni lobbisi və erməni diasporu regionda baş verən hadisələrlə, Nikol Paşinyanın apardığı siyasətlə, Azərbaycanın bölgədə sülhə doğru atdığı addımlarla heç bir halda razılaşırlar. Rusiya rəhbərliyi bunu qəbul etmir. Rusiya televiziya kanalları da Kremlin tribunası rolunda çıxış edərək, yeri gəldi-gəlmədi, bu cür məsələlərə diqqət yetirir, vaxtaşırı həmin mövzunu gündəmə gətirirlər. Bununla sanki xatırlatmağa çalışırlar ki, onlar hələ də bu məsələnin tamamilə bitdiyini qəbul etmirlər, guya erməni gücü, erməni ordusu və erməni silahlı qüvvələri hələ də mövcuddur. Halbuki bunların hamısı Ermənistandan kənarda cərəyan edən hadisələrdir. Məhz buna görə də “Artsax” mövzusu seçkilərdə xüsusilə populyarlıq qazanmayandan sonra indi onu Rusiya efirlərinə daşıyırlar. Ola bilsin ki, sabah Fransada hansısa televiziya kanalı da bu barədə danışsın”.

Qulu Məhərrəmli hesab edir ki, bunların heç biri nə Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına, nə də regionda gedən sülh prosesinin irəliləməsinə töhfə verir: “Əksinə, bunlar təxribatçı addımlardır. “Artsax” məsələsi faktiki olaraq mövcud deyil. Azərbaycanda artıq az qala unudurlar ki, nə vaxtsa belə bir mövzu olub. Ermənistandakı seçkilərdən sonra böyük uğursuzluqla üzləşən Rusiyanın siyasi texnoloqları və siyasi dairələri bu kartdan istifadə edə bilmədilər. Cəmiyyət onların arxasınca getmədi. Ermənistan xalqının əksəriyyəti sülh yolunu seçdi. Paşinyan özü də açıq şəkildə bəyan etdi ki, biz Qarabağ hərəkatına “yox” deyirik. Yəni sonu görünməyən, başqa xalqların və dövlətlərin ərazilərinə iddia edən, daim müharibə, qan, ölüm, itkilər və göz yaşları gətirən belə bir hərəkatı Ermənistan qəbul etmir. Buna görə də başqa siyasi xətt seçilib və hesab edirəm ki, Ermənistanın gələcəyi və inkişafı da məhz həmin xətt üzərində qurula bilər. Rusiya isə hazırda ciddi problemlərlə üzləşən bir ölkədir. Ukrayna müharibəsi ona rahat nəfəs almağa imkan vermir. Çox ciddi daxili və xarici problemləri var. Belə bir şəraitdə mənə elə gəlir ki, Rusiya ilə qarşıdurmaya getməyin də xüsusi mənası yoxdur. Hesab edirəm ki, bu cür addımlara münasibət bildirmək lazımdır və açıq şəkildə demək lazımdır ki, Rusiya televiziyasının bu addımı doğru deyil. Bu, həm Ukraynaya qarşı, həm Azərbaycana qarşı, həm də Ermənistanın özünə və onun hazırkı hakimiyyətinə qarşı yönəlmiş qızışdırıcı və təxribat xarakterli addımdır. Üstəlik, bu cür yanaşmaların heç bir perspektivi də yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 İyun 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri