Icma.az
close
up
RU
Bakıya təzyiq: Hamı Rusiya casusunun qaytarılmasını tələb edir

Bakıya təzyiq: Hamı Rusiya casusunun qaytarılmasını tələb edir

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya və Qərb kəşfiyyat agentlikləri 2024-cü ilin yayında Böyük Britaniya, Almaniya və Polşada yük və kuryer şirkətlərinin anbarlarında bağlamaların partladılmasında iştirak edən rusiya casusu Yaroslav Mixaylovla bağlı gizli şəkildə mübarizə aparır.

"Yeni Sabah" "Washington Post"-a istinadla xəbər verir ki, partlayışlardan sonra Mixaylov saxta sənədlərdən istifadə edərək Azərbaycana qaçıb.

İndi Qərb və Rusiya xüsusi xidmət orqanları rusiyalının ekstradisiyası üçün Azərbaycana təzyiq göstərməyə çalışır. O cümlədən FSB, Xarici Kəşfiyyat Xidməti (SVR) və QRU rəhbərləri Bakıya təzyiq göstərməyə çalışıblar ki, Mixaylovu Rusiyaya qaytarsın və Polşanın rus agentinin ekstradisiyası tələbini rədd etsin.

Öz növbəsində Polşa, Böyük Britaniya, Ukrayna və Litva Mixaylovun Rusiyaya qayıtmasının qarşısını almağa çalışır.

"Interpol" Polşanın tələbi ilə Mixaylovun “Rusiya kəşfiyyat xidmətləri”nin göstərişi ilə həyata keçirdiyi “terrorçu” əməliyyatlara görə onun barəsində gizli həbs qərarı verib. Moskva bağlama anbarında baş verən partlayışlar da daxil olmaqla, Avropada təxribat törədilməsi ilə bağlı bütün ittihamları rədd edir.

Azərbaycan indiyədək Mixaylovun ekstradisiyası ilə bağlı bütün müraciətləri rədd edib. Onların fikrincə, rusiyalı 2024-cü ilin böyük hissəsini naməlum şəraitdə keçirib: o, saxlanılmayıb, lakin nəzarətdə qalıb və ölkədən çıxışına qadağa qoyulub.

Kremlin sözçüsü Dmitri Peskov WP-nin suallarını cavablandırmaqdan imtina edib. “Bizim şərh edəcəyimiz heç nə yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi də şərh verməkdən imtina edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri