Icma.az
close
up
RU
Qadın həbsxanasından azadlığa baxış Esse

Qadın həbsxanasından azadlığa baxış Esse

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rövşən YERFİ

Azadlıq insan varlığının ən ali ehtiyacı, həyatın ən şirin nemətlərindən biridir. Lakin azadlığın dəyərini onun daxilində olanlardan daha çox, ondan məhrum edilənlər, onu itirənlər bilir. Qadın həbsxanasından azadlığa baxış isə təkcə dəmir barmaqlıqlar arasından görünən göy üzü deyil; bu, eyni zamanda peşmanlığın, acı təəssüfün, ümidin və cəmiyyətin qınaqları ilə baş-başa qalmış zərif bir ruhun pəncərəsidir.

Tarixən qadın və kişi məhkumlar eyni cəzaçəkmə müəssisələrində, sadəcə fərqli kameralarda saxlanılıb. Qadınların tamamilə ayrı müəssisələrdə cəza çəkməsi ideyası XIX əsrdə formalaşıb. Dünyada qadınlar üçün xüsusi olaraq tikilmiş ilk islah evi 1645-ci ildə Niderlandın Amsterdam şəhərində açılıb. Burada məhkum qadınlar toxuculuq və tikişlə məşğul olublar. Azərbaycanda isə ilk qadın həbsxanası 1948-ci ildə Bakıda inşa edilib.

Məhbəs divarları hər kəs üçün azadlığın sərhədləri deməkdir, lakin qadın həbsxanasında bu anlayış  daha dərin, daha ağrılı və çoxtərəfli bir mahiyyət kəsb edir. Bir qadın üçün dəmir barmaqlıqlar arasında olmaq yalnız fiziki məkanın daralması deyil: bu həm də cəmiyyətin gözündə daşıdığı mənəvi yükün, bir anlıq olan səhvlərin və ya fələyin oyununun ağır bədəlidir.

Qadın məhbəsində azadlıq anlayışı bir neçə əsas mənəvi müstəvidə təcəssüm edir, özünü göstərir. Onlardan birincisi olan ana qucağının və ailənin həsrəti qəlblərindəki ən həssas, yaralı yerləridir.

Qadın üçün azadlıq ilk növbədə anasını, ailəsini görmək, övladına toxuna bilmək, onların nəfəsini duymaqdır. Məhbəsdəki qadının azadlığa baxışı çox vaxt şəxsi rahatlıqdan ziyadə, yarımçıq qalmış analıq hissinin bərpasına yönəlir. Divarlar arasından baxan gözlər azadlığı bir küçədə rahat gəzmək deyil, övladının əlini tutub gələcəyə addımlamaqda görür...

Mənəvi qurtuluş və bağışlanma hissinin sıxıntısı məhbəs zamanı ərzində ürəklərindən çəkilmir.  Qadın psixologiyası təcrid olunmanı kişilərdən fərqli yaşayır. Cəmiyyət günahkar qadını bağışlamaq istəmir, daha çətin bağışlayır. Bu səbəbdən qadın həbsxanasından azadlığa baxış həm də cəmiyyətin mühakiməsindən, vicdan əzabından və "damğalanmaq" qorxusundan azad olmaq arzusudur. Buradakı azadlıq arzusunun təməlində özünün yenidən kəşf etmək və hər şeyi yenidən başlamaq, təmiz bir səhifə açmaq istəyi dayanır.

İllüstrasiya Sİ məhsuludur

O, ən çətin şəraitdə belə ümidini itirməməyi, yenidən başlamaq cəsarətini toplamağı öyrənir. Amma daxilində böyük bir qorxu və nigaranlıq da gizlənir. Çünki qadın məhkum üçün azadlıq təkcə dustaqlıq müddətinin bitməsi deyil, həm də, cəmiyyətin görünməz divarları ilə mübarizənin başlanğıcıdır. Təəssüf ki, müasir dünyada belə, azadlığa çıxan qadınlar çox vaxt kişilərə nisbətən daha ağır sosial təzyiqlərə məruz qalırlar. Ailənin onu qəbul edib-etməyəcəyi, övladlarının ona baxışı və iş tapmaq çətinlikləri azadlıq üfüqünü bəzən dumanlı edir. Buna görə də, qadın həbsxanasından azadlığa baxış həm böyük bir sevinc, həm də naməlum bir gələcəyin gətirdiyi həyəcandır.

Xırda detallardakı böyük xoşbəxtlik üçün burunları göynəyir. Azadlıqda olan insanın diqqət etmədiyi, gerçək dəyərini bilmədiyi adi hallar - pəncərədən görünən bir ağacın yarpaqlanması, yağışın könül oxşayan səsi, istədiyi vaxt bir stəkan çay içmək və ya qapını arxadan bağlayıb yatmaq - məhbəsdəki qadın üçün azadlığın ən ali rəmzinə çevrilir. Azadlıq orada xəyalların içində qalan bir əsrarəngiz mənzərədir.

Onları ümid və gələcək gözləntisi heç bir vaxt tərk etmir. İnsan ruhu hüdudsuzdur, heç bir qılafa, məhdudiyyətə sığmır. Qadın həbsxanasından azadlığa baxış - məhrumiyyətlər, qadağalar içində belə insanlığını, incəliyini və ümidini itirməyən ruhun mənəvi çırpıntılarla zülmətdən həsrətlə işığa tərəf boylanmasıdır...

Oktyabr, 2026

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Noyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri