Baku Juniors Women ın üzvləri tibbi müayinədən keçdi
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Baku Juniors Women" Qadınlardan ibarət futbol komandasının bəzi üzvləri klubun tibbi tərəfdaşı "Məlhəm" Beynəlxalq Hospitalda tibbi müayinədən keçiblər.
Qaynarinfo-nun verdiyi xəbərə görə, komanda üzvləri ümumi qan analizi, fizioterapevt müayinəsi, radiologiya xidməti ilə təmin edilib.
Müayinələrin ardından hospitalın icraçı direktoru Sevda Əlizadə ilə görüş keçirilib. O, futbolçu qızlarla səmimi dialoqda hər zaman dəstəyə hazır olduqlarını bildirərək, uğurlar arzu edib.
Klubun meneceri Ağasəf Osmanlı bu addımı yüksək dəyərləndirib və qadın futbolçular üçün ekstra motivasiya olduğunu qeyd edib: "Futbolçular hər şeydən öncə insandırlar. Bu diqqət və qayğı üçün hospitalın bütün əməkdaşlarına minnətdarlıq edirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 22 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















