“Baku Medical Plaza”nın xarici mütəxəssislər üçün təlimləri başa çatdı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Baku Medical Plaza” Klinikalar şəbəkəsinin “Medilux” filialında xarici mütəxəssislər üçün plastik cərrahiyə mövzusunda təlimlər başa çatıb.
“Baku Medical Plaza” Klinikalar şəbəkəsi plastik cərrahiyyə sahəsində müasir texnologiyaların tətbiqini genişləndirmək, yerli və xarici mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək istiqamətində mühüm layihələrini davam etdirir.
Növbəti təlim Səhiyyə Nazirliyində akkreditasiyadan keçmiş “Azərbaycan Estetik Təbabət Assosiasiyası” İctimai Birliyi (www.aeta.az) və müasir lazer texnologiyalar sahəsində ixtisaslanmış Proline İnnovation Group şirkətinin tərəfdaşlığı ilə “Baku Medical Plaza” “Medilux” klinikasında keçirilib.
Estetik təbabət sahəsində “Radiodalğalı texnologiyalarla bədən konturlaması əməliyyatları” mövzusuna həsr olunan təlimdə Gürcüstandan və Rusiyadan 10-a yaxın mütəxəssis iştirak edib.
Klinikanın plastik cərrahı Dr.Nərgiz Əhmədova iştirakçılara müasir radiodalğalı texnologiyaların tətbiqi ilə bədən konturlama üsulları barədə geniş məlumat verib.
Təlim çərçivəsində plastik cərrahiyyə sahəsinin özəllikləri və müasir texnologiyaların tətbiqi mövzusunda müzakirələr aparılıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















