Icma.az
close
up
RU
Nazlı Ana Xeyriyyə fondu və Baku Medical Plaza dan 1 İyun Uşaqlar Günü təşəbbüsü

Nazlı Ana Xeyriyyə fondu və Baku Medical Plaza dan 1 İyun Uşaqlar Günü təşəbbüsü

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uşaqlar bayram gününü "Nazlı Ana" Xeyriyyə təşkilatı və "Baku Medical Plaza" ilə qeyd ediblər.

Oxu.Az xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Nazlı Ana" xeyriyyə təşkilatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər. "Baku Medical Plaza" Klinikalar şəbəkəsi ilə birgə təşkil olunan tədbirdə uşaqlara bayram şənliyi təşkil edilib.

Tədbir çərçivəsində "Nazlı Ana" fondunun icraçı direktoru Elnur Kələntərov internat evinin rəhbərliyinə səmimi qəbula və göstərilən əməkdaşlığa görə təşəkkürünü bildirib, bu cür təşəbbüslərin cəmiyyətin həssas təbəqələrinin sosial rifahına mühüm töhfə verdiyini vurğulayıb.

1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova çıxış edərək "Nazlı Ana" fonduna və "Baku Medical Plaza" Klinikalar şəbəkəsinə göstərilən mənəvi dəstəyə və peşəkar təşəbbüsə görə təşəkkür edib. O, bu cür humanist aksiyaların xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yalnız tibbi deyil, emosional və psixoloji baxımdan da olduqca əhəmiyyətli olduğunu qeyd edib.

Tədbir çərçivəsində "Baku Medical Plaza" Klinikalar şəbəkəsinin həkim-pediatrı Şəlalə Poluxova tərəfindən ümumi tibbi müayinələr həyata keçirilib. Eyni zamanda, 60-dan çox uşağın ümumi laborator analizlərinin təhlili yerində təmin olunub.

Daha sonra "Nazlı Ana" və "Baku Medical Plaza" kollektivinin iştirakı ilə internat evinin 150-yə yaxın azyaşlı sakini üçün əyləncəli proqram təşkil edilib.

2024-cü ildən fəaliyyət göstərən "Nazlı Ana" xeyriyyə təşkilatının məqsədi müxtəlif xeyriyyə təşəbbüsləri ilə ictimaiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan insanlara yönəltmək, qızların təhsilinə dəstək vermək və bu cür tədbirlərin əhatə dairəsini genişləndirməkdir.

"Nazlı Ana" xeyriyyə təşkilatının əsas tərəfdaşlarından olan "Baku Medical Plaza" klinikalar şəbəkəsi 2012-ci ildə yaradılıb və hazırda "Babək", "Mərkəz" və "Medilux" filialları ilə yüksəkixtisaslı tibb xidmətləri ilə seçilir.

"Nazlı Ana" Xeyriyyə fondu və "Baku Medical Plaza"dan 1 İyun Uşaqlar Günü təşəbbüsü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyun 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri