Icma.az
close
up
RU
“Baku Steel Company”nin milyonlarla pulunu kimlər ələ keçirib? Qalmaqallı məhkəmə başladı

“Baku Steel Company”nin milyonlarla pulunu kimlər ələ keçirib? Qalmaqallı məhkəmə başladı

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xüsusi ilə külli miqdarda dələduzluq etməkdə ittiham olunan “Baku Steel Company”nin mühasibi işləmiş Xəqani Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, “Baku Steel Company”yə satılan metal tullantılarından qazanılan milyonlarla vəsaitin ƏDV məbləğini dələduzluq yolu ilə ələ keçirən iş adamlarının cinayətlərinin üstü açılıb. Şirkəti idarə edənlər fiziki şəxslərdən metal qırıntıları alınmasının dayandırılması ilə bağlı yeni qərar qəbul ediblər. Alış-verişin yalnız hüquqi şəxslərlə aparılmasına icazə verilib.

Bu qərar isə 20 ildir şirkətdə işləyən-cinayət baş verən dövrdə şirkətin metal qəbulu şöbəsinin rəis müavini olan İmani Bayramov, həmçinin oraya metal satan digər iş adamlarına sərf etməyib.
Bundan sonra onlar müxtəlif müəssisələrdə mühasib işləyən Xəqani Seyfullayevi işə qoşublar. Seyfullayev qohumunun adına rəsmiləşdirilən, amma özünün rəhbərlik etdiyi “Scarab Construction” və digər şirkətlər vasitəsilə fiziki şəxslərdən metallar alıb, həmin metalların “Baku Steel Company”yə satışını həyata keçirib.

Amma şirkət üzərindən aparılan alqı-satqı qanun pozuntuları ilə aparılıb.

Sonradan Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluq, vergiləri ödəməkdən yayınma, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması kimi cinayətlərin üstü açılıb.

Müəyyən olunub ki, mühasib Xəqani Seyfullayevin tapdığı şirkətlər vasitəsilə aparılan metal satışı nəticəsində 3 milyon manata yaxın pul cinayət yolu ilə ələ keçirilib.

Prokurorluq tərəfindən Xəqani Seyfullayevlə yanaşı, onun mühasibatlığını apardığı 14 MMC vasitəsilə “Baku Steel Company”yə metal satan Bayramov İmani Mahmud oğlu, Mahmudov Mirzaur Mirhəmid oğlu, Məmmədov Teymuraz Ərəbxan oğlu, Məmmədov Samir Polad oğlu və Hüseynov Rəsul Hidayət oğlu cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, onlar birgə qanunsuz əməlləri ilə 2 milyon 273 min manat ƏDV məbləğini büdcəyə köçürmədən dələduzluq yolu ilə talayıb, həmçinin 518 min manat vergi borcunu ödəməkdən yayınıblar.

6 təqsirləndirilən şəxsin vurduğu ziyan üzrə ümumilikdə hər birinin üzərinə düşən pay 481 min 892 manat təşkil edib. Ağır cinayətə görə təqsirləndirilən şəxslərin hər biri bir neçə ay həbsdə olub, sonradan ev dustaqlığına buraxılıblar.

İstintaq dövründə İmani Bayramov, Rəsul Hüseynov, Mirzaur Məmmədov və Teymuraz Məmmədov üzərlərinə düşən 481 min manatdan artıq ziyanı və məsuliyyətdən azad olunmaları üçün hərəsi 200 min manata yaxın olmaqla nəzərdə tutulan vəsaiti dövlət büdcəsinə ödəyiblər. Bu əsasla onlar barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Ziyanın bir hissəsini ödədiyi üçün həbsdən azad edilən Samir Məmmədov ev dustaqlığında olduğu müddətdə vəfat edib. Bu səbəbdən onun da cinayət işinə bəraətberici əsaslar olmadan xitam verilib.
Hazırda nəzarət şərti ilə azadlıqda olan Xəqani Seyfullayev isə dəymiş ziyanı ödəmir. İstintaqın sonunda ona qarşı xüsusilə külli miqdarda dələduzluq, vergidən yayınma və başqa ağır maddələrlə yekun ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tanınıb.

Xəqani Seyfullayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Xəqani Seyfullayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxsin dindirilməsini istəyib. Vəkil isə buna etiraz edib və əvvəlcə ittiham tərəfinin şahidlərin dindirilməsi istəyib.

Hakimlər isə belə qərara gəlib ki, əvvəlcə təqsirləndirilən şəxsin dindirilməsi ilə, daha sonra isə zərərçəkmiş və şahidlərin dindirilməsi barədə qərar qəbul edilib.

Daha sonra Xəqani Seyfullayev sərbəst ifadə verib. Onun sözlərinə görə, bacısının yoldaşının adına şirkət olub, onunla bir yerdə işləyiblər. İxtisasca iqtistədatçı olduğunu deyən təqsirləndirilən şəxs bildirib ki, “Baku Steel company”dən alış-verişi olub, onlar gördüyü işlərin hamısı rəsmi olub, vergisini də ödəyib.

Təqsirləndirilən şəxs bildirib ki, dəmir tullantıları məhsullarını Samir Məmmədovdan alıb, bütün işləri də müqavilə əsasında görüblər: "Samirdən aldığım malın üstünə 5-10 manat qoyaraq “Baku Steel company”yə satmışıq. Məhsulun qiyməti razılaşma əsasında olub. Qaimə elektron qaydada aparılıb. Malların qiyməti sənədlərdə olub".

Növbəti proses 2025-ci il yanvarın 14-də davam edəcək.

Qeyd edək ki, bu cinayətin təməli şirkətin keçmiş sahibi Rasim Məmmədovun həbsindən 5 ay sonra qoyulub. Rasim Məmmədovdan sonra faktiki şirkətə rəhbərlik edən şəxslər mövcud olan cinayətə imza atıblar

Xatırladaq ki, Rasim Məmmədov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Məhkəmənin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan mərhum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldııb. Lakin Ali Məhkəmə onun şikayətini təmin etməyib.

Rasim Məmmədov 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. Onun 70 milyonluq əmlakı müsadirə edilib.

Qeyd edək ki, hazırda “Baku Steel company”nin baş direktoru Kamal İbrahimovdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 10 Dekabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri