Icma.az
close
up
RU
“BakuBus” onlarla avtobusu niyə qarajda saxlayır? VİDEO

“BakuBus” onlarla avtobusu niyə qarajda saxlayır? VİDEO

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“BakuBus” balansında olan “İveco” markalı avtobusların bir qisminin iki ildən artıqdır ki, qarajlarda saxlanıldığı və xəttə buraxılmadığı bildirilir.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı video yayılıb.
Videonu çəkən şəxs xaricdən olduqca yeni görünən bu avtobusların baxımsız vəziyyətdə qalmasının əvəzinə, xüsusilə Bakının kənd və qəsəbə marşrutlarında istifadəsini tövsiyə edir.
Televiziya əməkdaşları sözügedən video əsasında həmin ünvana yollanıb. Qarajda onlarla avtobus dayanmışdı.
Ərazidə çəkiliş aparmağa icazə verilməyib. Bununla belə, məlum olub ki, ərazi “İveco” şirkətinin avtobuslarının təmir mərkəzidir. Başqa sözlə, bu qədər avtobusun hansısa bir texniki nasazlığı var və təmirdədir.
Məsələ ilə bağlı ''BakuBus" MMC-dən isə bildirildi ki, bu şirkətin istismarında olmuş “İveco” markalı avtobuslar 2015-ci ildə istismara verilib və müvafiq müqavilə şərtlərinə əsasən bu nəqliyyat vasitələri üçün istismar müddəti 10 il müəyyən edilib. Bu səbəbdən “İveco” avtobuslarının Azərbaycanda rəsmi nümayəndəyi tərəfindən aparılan diaqnostika və texniki baxışın, habelə beynəlxalq qiymətləndirici qurum tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələri nəzərə alınaraq, sözügedən avtobusların gələcək istismarı ilə bağlı müvafiq qərar qəbul ediləcək.
Qeyd edək ki, rəsmi məlumatlara görə, “BakuBus” parkına “İveco” markalı avtobuslar əsasən Avropa Oyunları ərəfəsində, 2014-2015-ci illərdə gətirilib. Həmin dövrdə ümumilikdə 302 ədəd “İveco” markalı avtobus alınaraq istismara verilib. Bakıya gətirilən birinci mərhələdə 151 ədəd “İveco” avtobusları üçün bağlanan müqavilənin ümumi dəyəri təxminən 50 milyon avro təşkil edib. Bu avtobuslar əsasən yüksək sərnişin tutumuna malik şəhər marşrutları üçün nəzərdə tutulub. Beynəlxalq yanaşmalara əsasən, şəhər avtobuslarının texniki ömrü 15-20 il, real istismar müddəti isə əksər hallarda 12-15 il hesab olunur. Başqa sözlə, 10-11 illik avtobuslar texniki baxımdan avtomatik olaraq istismara yararsız sayılmır. Təcrübədə belə hallarda çıxış yolu kimi avtobusların texniki vəziyyəti imkan verdiyi təqdirdə daha az yüklənən marşrutlara, o cümlədən şəhərkənarı və qəsəbə xətlərinə yönləndirilməsi variantı da nəzərdən keçirilir.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Dekabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri