Icma.az
close
up
RU
“BakuBus” sürücüləri ilə bağlı mühüm açıqlama KONKRET

“BakuBus” sürücüləri ilə bağlı mühüm açıqlama KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar avtobus sürücülərinin davranışlarında müşahidə olunan səhlənkarlıq halları artmaqdadır. Bu məsələ yalnız sərnişinlərin təhlükəsizliyini deyil, həm də yol hərəkətində iştirak edən digər insanların həyatını ciddi təhlükə altına qoyur. Sürücülərin diqqətsiz davranışı, sürət həddini aşmaları, yol hərəkəti qaydalarına riayət etməmələri və ya iş zamanı telefon istifadəsi kimi hallar nəqliyyat sisteminin effektivliyinə kölgə salır. Bu problem həm fərdi məsuliyyət, həm də nəqliyyat qurumlarının nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac olduğunu ortaya qoyur. Cəmiyyətin təhlükəsiz və etibarlı nəqliyyat sistemi ilə təmin edilməsi üçün avtobus sürücülərinin işə qəbul prosesində ciddi standartların tətbiq edilməsi zəruridir.

Təcrübəsizlik, qeyri-peşəkarlıq və diqqətsizlik kimi hallar yalnız sərnişinlərin təhlükəsizliyinə deyil, ümumi yol hərəkətinə də mənfi təsir göstərir. Bu səbəbdən, sürücülərin işə qəbulu zamanı yalnız onların texniki bacarıqları deyil, həm də psixoloji uyğunluğu və məsuliyyət hissi nəzərə alınmalıdır. Bu qaydaların müəyyənləşdirilməsi və tətbiqi yol qəzalarının azalması və ictimai nəqliyyatın keyfiyyətinin artırılması üçün mühüm addımdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Yenisabah.az-a danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, hazırda şirkətlər içərisində “BakuBus”-da işə qəbul proseduru daha təkminləşmiş formada həyata keçirilir:

“Belə ki, ilk olaraq, işə qəbul olunmaq istəyənlərin sağlamlıq nöqteyi-nəzərdən bütün sənədləri nəzərdən keçirilir, ondan sonra praktiki dərslər tətbiq olunur. Bütün bu proseslərdən sonra həmin şəxsin işə alının-alınmaması ilə bağlı qərar verilir. Bu baxımdan digər xətlər üzrə və daşıyıcı şirkətlərlə müqayisədə qismən də olsa standartlara uyğun olaraq nə isə demək olar”.

Ekspert onu da qeyd edib ki, “BakuBus” sürücüləri arasında da qeyri-qanuni hərəkət edənlər mövcuddur:

“Düşünürəm ki, aidiyyəti qurum buna qarşı mübarizə aparacaq. Bakı-Ələt yolunda Sahil qəsəbəsini Sahil metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə baş verən qəzaya gəldikdə isə demək olar ki, bu yalnız araşdırmalar nəticəsində hər hansısa fikir söyləmək mümkündür. Çünki çox qəliz bir qəzadır, fikir bildirmək olduqca çətindir. Hər halda təəssüf doğuran bir haldır ki, sərnişindaşıma ilə məşğul olan bir şirkətin avtobusu digər nəqliyyat vasitəsi ilə toqquşur və yekunda insan həlak olur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri