Balabəy Ağayev: Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Parisdə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) həm psixoloji, həm də fiziki baxımdan turnirə tam hazır olub.
Bizim.Media xəbər verir ki, idmançı bunu "Report"a açıqlamasında deyib.
O, gərgin keçən yarışa yüksək səviyyədə hazırlaşdığını bildirib:
"Yarış çətin keçdi, buna baxmayaraq, çox yaxşı hazırlaşmışdım. Demək olar ki, bütün əsas rəqiblərim bu turnirdə iştirak edirdilər. Həm psixoloji, həm də fiziki baxımdan özümü tam hazır hiss edirdim. Hər gün yeni nəsə öyrənməyə çalışıram. Məşqçilərim sağ olsunlar, mənə hər zaman dəstək olurlar. Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum.
Federasiyamız hər zaman bizə böyük verib. Həm mənəvi, həm də maddi baxımdan bizim üçün hər şeyin ən yaxşısını etməyə çalışırlar. Bu diqqət və qayğı daha yaxşı inkişaf etməyimizə, uğurlar qazanmağımıza böyük kömək olur".
Qeyd edək ki, B.Ağayev "Böyük Dəbilqə" turnirinin finalında ukraynalı Dilşot Xalmatova qalib gələrək qızıl medal qazanıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 Fevral 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















