Icma.az
close
up
RU
“Balaca qəlblərlə böyük görüş” layihəsi Şəkidə gerçəkləşib

“Balaca qəlblərlə böyük görüş” layihəsi Şəkidə gerçəkləşib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Yeni Klinikanın rəhbərliyi və tibbi heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Şəki şəhər 6 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib.

Bu barədə AZƏRTAC-a Yeni Klinikanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüş olub. Görüş zamanı Elxan Usubov qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət, eləcə də bu cür sosial təşəbbüslərə verdiyi dəstəyə görə Yeni Klinikaya təşəkkür edib.

Barat Yusubov klinikanın fəaliyyəti haqqında məlumat verərək Şəki Şəhər İcra Hakimiyyəti ilə gələcəkdə də sosial və humanitar istiqamətli layihələrin həyata keçirilməsində əməkdaşlığa hazır olduğunu bildirib.

“Balaca qəlblərlə böyük görüş” adlı sosial layihə çərçivəsində təşkil olunan səfərin məqsədi uşaqlara mənəvi dəstək göstərmək, onların sağlamlıq vəziyyətinə diqqət yetirmək və cəmiyyətin diqqətini qayğıya ehtiyacı olan uşaqların problemlərinə yönəltmək olub. Ziyarət zamanı uşaq evinin sakinləri Yeni Klinikanın həkim-pediatrları tərəfindən müayinə olunub, onlarla səmimi söhbətlər aparılıb, müxtəlif hədiyyələr təqdim edilib.

Klinikanın direktoru uşaq evinin direktor müavini İlhamə Məmmədova ilə görüşərək müəssisədə yaradılmış şəraitlə tanış olub, burada yaşayan uşaqların sağlamlıq vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb. Direktor bu cür sosial təşəbbüslərin Yeni Klinikanın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olduğunu xüsusi qeyd edib.

Ziyarət zamanı iştirakçılar, həmçinin qədim Şəkinin zəngin tarixi irsi, memarlıq ənənələri və turizm potensialı ilə yaxından tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri