Icma.az
close
up
RU
Balacaların böyük mübarizəsi

Balacaların böyük mübarizəsi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Uşaqlar və xəstəlik... Həm alışdığımız, həm də alışmadığımız vəziyyətdir. Həm eynilik, həm də təzaddır, deyilmi? Uşaqlar böyümə ərəfəsində xəstələnirlər, sağalırlar, yenə xəstələnirlər, yenə sağalırlar. Amma bu xəstəliklər zökəm, soyuqdəymə, lap qızılca, suçiçəyi olarsa alışılan vəziyyətdir. Zaman bizi istəmədiyimiz, adı gələncə bədənimizin ürpərdiyi bir xəstəliyə də alışdırdı. Xüsusilə də saf, tərtəmiz bədənləri amansız xəstəliyə yoluxan uşaqların bu xəstəlikdən əziyyət çəkməsi çox dəhşətlidir. Dünyada hər il təxminən 300 min uşağa xərçəng diaqnozu qoyulur və 80 min uşaq xərçəng səbəbindən ölür. Elə öz ölkəmizdə də hər il orta hesabla 170-200 uşağa xərçəng diaqnozu qoyulur.

Nədir xərçəng?

Xərçəng, bədənin hər hansı bir yerində hüceyrələrin nəzarətsiz və sürətlə çoxalmasıdır. Yetkin insandan fərqli olaraq, embrion tipli xərçənglərə uşaqlarda daha çox rast gəlinir. Uşaq xərçəngi diaqnozu qoyulmuş halların təxminən 5%-də irsi səbəblər göstərilə bilər. Bu irsi xəstəliklərə Daun sindromu, neyrofibromatoz, vərəmli skleroz, xromosom qırılma sindromları, hemihipertrofiya daxildir. Ancaq uşaq dövrünün xərçənglərinin əksəriyyətinin səbəbini müəyyən etmək mümkün deyil. Buna görə də uşaq xərçəngi üçün skrininq proqramı yoxdur.

Qan xərçəngi olaraq tanınan leykemiya uşaqlıqda ən çox rast gəlinən qan xərçəngidir. Xərçənglərin 70%-i bərk şişlər, o cümlədən beyin şişləri, limfa düyünləri xərçəngləri, neyroblastoma, yəni böyrəküstü vəzinin şişi, Wilms şişi, yəni böyrək şişi, hepatoblastoma, yəni qaraciyər şişi, osteosarkoma yəni sümük şişi, Ewing sarkoması, yəni əzələ şişi, rabdomiyosarkoma, yəni yumşaq toxuma şişi, retinoblastoma isə göz şişi kimi müəyyən edilir. Uşaq dövrünün xərçəngi hər yaşda baş qaldıra bilsə də, embrion xərçəngi xüsusilə uşaqların ilk beş yaşında daha çox rast gəlinir.

Uşaqlıq çağı xərçənglərində xərçəngin alt tipinə görə dərman müalicəsi, yəni kimyaterapiya, şüa terapiyası, yəni radioterapiya, cərrahi müalicələr, kök hüceyrə transplantasiyası və bunların müxtəlif kombinasiyalarından istifadə edilir. Son illərdə dünyada, erkən diaqnoz, habelə diaqnostika-müalicə və dəstəkləyici müalicələrdə əldə edilmiş irəliləyişlərlə, bərk şişlərdə sağalma nisbətləri 70%-ə qədər çata bilib. Bu uğurlu nəticələrə nail olmaq üçün vacib addımlardan biri də uşaqlıq xərçəngləri haqqında məlumatlılığın artırılması yolu ilə erkən diaqnozun təmin edilməsidir.

Necə anlamalı?

Səbəbsiz arıqlamaq, sümük ağrısı, gəzinti zamanı tez yorulmaq, halsızlıq, zəiflik, yorğunluq, anemiya, tez-tez baş verən infeksiyalı xəstəliklər, sağalmayan yaralar, yüngül zədə alan zaman bədənin tez göyərməsi, qarın şişməsi, bədənin hər hansı bir yerində hiss edilən şişlik xərçəngin əlaməti ola bilər. Boyun, qoltuqaltı və qasıq nahiyəsində əl ilə hiss olunan şişkinlik, xüsusilə səhər saatlarında qusma ilə müşayiət olunan şiddətli baş ağrısı, dərslərə marağın və diqqətin azalması, yerişində dəyişiklik, gözlərdə qoşa görmə, balans və fokuslanmada pozuqluq da xərçəng xəstəliyinin xəbərçisi ola bilər.

Doğrudur, bu sadalananlar digər xəstəliklərin də əlaməti ola bilər. Ancaq bu simptomlar varsa, bir həkim tərəfindən müayinə olunması və xərçəng xəstəliyinin olub-olmaması dəqiqliklə yoxlanmalıdır. Xərçəng yoluxucu xəstəlik deyil. Ancaq həm xəstəliyin özü, həm də tətbiq edilən müalicələr immunitet sisteminə təsir etdiyi üçün xəstələr infeksiyalara daha çox meylli olurlar.

Doğru zamanda, doğru yerdə və düzgün müalicə

Uşaqlıq dövrünün xərçəngindən qorunmağın qəti yolu yoxdur. Ancaq uşaqlarımızı xərçəngdən sığortalamaq üçün də yollar var. Natural qidalanma, qablaşdırılmış hazır qidaların, fast-foodların istehlakını azaltmaq, infeksiyalardan qorunmaq, immunitet sistemini gücləndirmək, kimyəvi kanserogenlərdən uzaq olmaq, radiasiyadan qorunmaq, günəş işığına həddindən artıq məruz qalmamaq, günəşdən qoruyucu vasitələrdən istifadə etmək kimi tədbirlər görülə bilər. Bütün uşaqların mütəmadi olaraq tibbi müayinədən keçməsi vacibdir. Uşaqlıq çağında aşkarlanan xərçənglər bu gün yüksək müalicə uğuru olan xəstəliklərdir. Erkən diaqnozla bu uğur daha da artır.

Ümumiyyətlə, xərçəngli uşaqların müalicəsində hər gün yeni bir ümid işığı yanır. Erkən diaqnozun vacib olduğu xərçəng xəstəliyində hər xəstəlikdə olduğu kimi müalicənin uğurla nəticələnmə nisbətini artırmaq üçün vaxtında müdaxilə vacibdir. Son 50 ildə uşaqlıq xərçənginin müalicəsində dünyada sözün yaxşı mənasında inqilab oldu. 1960-cı ilə qədər 20%-dən aşağı olan sağalma nisbəti indi 85%-ə çatıb.

Lakin bu uğuru əldə etmək üçün xəstələrin “doğru zamanda, doğru yerdə və düzgün müalicə”yə əllərinin çatması şərtdir. Qeyri-adekvat şərait, maddi imkanlar və zəif səhiyyə sistemi olan ölkələrdə bu xəstəlik hələ də təhlükəli olmaqda davam edir. Əslində bu günkü tibbi texnologiya ilə uşaqlıq dövrü xərçənglərinin 85%-ə qədəri müalicə effekti versə də, dünya üzrə orta göstərici 50% olaraq qalır. Qərbi Avropa və Şimali Amerikada 80% həddi aşıldığı halda, hələ də müalicənin müsbət nəticələnməsini 10-20% təşkil edən olduğu ölkələr var. Doğru yerdə düzgün müalicə ala bilən xəstələr üçün bu rəqəm daha da yüksələ bilər.

Sığorta zərfinə daxil edilməlidir

Azərbaycanda 2012- ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində regionda birinci olan Uşaq Onkoloji Klinikası açılıb. Uşaq Onkoloji Mərkəzində kompleks mülicənin bütün növləri icra edilir-kimyəvi terapiya, şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. Korpusda uşaq cərrahiyyə, uşaq kimyaterapiya, uşaq şüa terapiya və uşaq reanimasiya vıə anesteziologiya şöbələri fəaliyyət göstərir.

Məlumat üçün qeyd edək ki, ölkəmizdə “Mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu Qaydası” nın təsdiq edilməsi haqqında və “Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi vəkeyfiyyət standartları”nın təsdiq edilməsi haqqında qanunlaq qəbul edilib. Lakin onkoloji xəstəliyin müalicəsi olduqca böyük rəqəmlər tələb edir. Transplantasiya, radio və kimya terapiyalar üçün tələb olunan vəsait bir çox ailə üçün əlçatan deyil. Bu səbəbdən də onkoloji xəstəliklərin sığorta paketinə daxil edilməsi şərtdir.

Ölkəmizdə onkoloji xəstəliklərin müalicəsi tibbi sığorta zərfinə daxil edilməyib. Lakin bir neçə ay öncə icbari tibbi sığorta zərfinə orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikası da əlavə edildi. Proqnozlara görə yaxın gələcəkdə bütün xərcçəng növləri olmasa da, bəzi növlərin müalicəsi xidmətlər zərfi daxilində həyata keçiriləcək. Təmənnamız uşaq yaşda xərçənglə mübarizə aparan böyük qəhrəmanların xəstəliyinin dövlət hesabına müalicə edilməsidir.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see300

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see217

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see202

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see192

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see188

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see184

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see175

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see169

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see165

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see163

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see161

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see160

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see159

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see155

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see153

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see149

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see148

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see147

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see141

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri