Icma.az
close
up
RU
Akademik Milli Dram Teatrının tamaşası Pekin və Qansuda nümayiş etdiriləcək

Akademik Milli Dram Teatrının tamaşası Pekin və Qansuda nümayiş etdiriləcək

525.az saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 24-də Çin Xalq Respublikasının Qansu Vilayəti UNESCO Assosiasiyasının prezidenti Du Yongjunun rəhbərlik etdiyi nümayəndə heyəti Akademik Milli Dram Teatrının qonağı olub.

525.az-a bu barədə Milli Dram Teatrından məlumat verilib.

Görüşdə teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov qeyd edib ki, rəhbərlik etdiyi teatr Mədəniyyət Nazirliyinin yol xəritəsinə uyğun olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir. Görüşdə 2025-ci ildə Akademik Milli Dram Teatrı və Qansu Milli Dram Teatrı arasında bağlanmış əməkdaşlıq haqqında memorandum xatırladılıb, inkişaf perspektivləri müzakirə olunub. Qarşılıqlı qastrol səfərləri, rejissor mübadiləsi, səhnə-texniki əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Qansu Vilayəti UNESCO Assosiasiyasının prezidenti, UNESCO Assosiasiyaları, Mərkəzləri və Klubları Ümumdünya Federasiyasının 42-ci İcraiyyə Komitəsinin icraçı üzvü Du Yongjun qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qonaq Qansu Milli Dram Teatrı ilə Akademik Milli Dram Teatrı arasında əməkdaşlığın iki xalq arasında dostluq münasibətlərinə də böyük töhfə verəcəyinə inandığını qeyd edib. Növbəti illərdə Azərbaycan teatrının tamaşalarının Pekin, Şanxay və Qansu şəhərlərində nümayiş olunmasının, yeni əməkdaşlıq layihələrinin davam etdirilməsinin önəmini qeyd edib. Görüşdə, həmçinin Qansu Vilayəti UNESCO Assosiasiyasının İdarə Heyətinin üzvləri Zhang Junbao və An Mandong, eləcə də Qansu Vilayəti UNESCO Assosiasiyasının məsləhətçisi Song Guangxiao iştirak ediblər.

Bildirilib ki, iki teatr arasında imzalanan memorandumun növbəti mərhələsi olaraq Qansu Milli Dram Teatrının rəhbərliyi 10 Mart - Milli Teatr Günündə Akademik Milli Dram Teatrının təşkil edəcəyi yubiley tədbirində iştirak edəcəklər. 2027-ci ilin aprel ayında Qansu Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşalardan biri Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq. May ayında isə qastrol səfəri çərçivəsində Akademik Milli Dram Teatrında hazırlanan Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşa Pekin şəhəri və Qansu vilayətində nümayiş olunacaq.

Sonra “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqinə tamaşa edilib. Qeyd edək ki, “Ölünün diriləri ziyarəti” tamaşası 2027-ci ildə Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyi münasibətilə təşkil olunacaq mədəniyyət tədbirləri çərçivəsində hazırlanır.

Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, bəstəkarı Azər Hacıəsgərli, tərcüməçisi Etimad Başkeçid, səhnə tərtibatçısı Eldar Nağıyev, geyim üzrə rəssamı Seyidxanım Muradova, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri