Icma.az
close
up
RU
“Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”

“Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəqəmsal transformasiya və süni intellekt müasir dünyada dövlətlərin iqtisadi mövqelərini, dayanıqlılığını və milli təhlükəsizliyini müəyyən edən əsas strateji amillərə çevrilib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov İkinci Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumunda “Rəqəmsal inkişaf və süni intellekt sahələrində əməkdaşlıq, çağırışlar və perspektivlər” mövzusunda çıxışı zamanı bildirib.

Komissiya sədri qeyd edib ki, Azərbaycanın rəqəmsal arxitekturasının qurulmasında və bu sahənin inkişafında Prezident İlham Əliyevin strateji baxışı, qəbul etdiyi qərarlar əsas hərəkətverici qüvvədir. Dövlətimizin başçısı süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının dövlətlərin gələcək mövqelərini müəyyənləşdirdiyini xüsusi vurğulayıb.

Ölkə tarixində ilk dəfə olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradıldığını xatırladan R. Namazov qeyd edib ki, Şuraya rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik üzrə 58 təşəbbüsün icrasına nəzarət və əlaqələndirmə funksiyaları həvalə olunub. Bununla da rəqəmsal transformasiya siyasəti sistemli və institusional idarəetmə mərhələsinə keçib.

Görülən işlərin nəticələrinə toxunan deputat noyabrın 19-da dərc olunmuş BMT-nin 2026-cı il üzrə Elektron Hökumət Tədqiqatına diqqət çəkib. Nəticələrə görə, Azərbaycan Elektron Hökumətin İnkişafı İndeksində birdən-birə 36 pillə irəliləyərək 74-cü yerdən 38-ci yerə yüksəlib, onlayn xidmətlərin inkişaf səviyyəsinə görə isə ölkə artıq dünyada 11-ci pillədə qərarlaşıb. BMT-nin hesabatında bu irəliləyişin siyasi iradə, möhkəm normativ-hüquqi baza, ardıcıl investisiyalar və insan kapitalının inkişafı sayəsində mümkün olduğu qeyd edilib.

Çıxışda rəqəmsallaşmanın yaratdığı yeni risklərə də toxunan R.Namazov bildirib ki, dəyişən geosiyasi şəraitdə kibertəhlükəsizlik hər bir dövlətin milli təhlükəsizliyi üçün birbaşa əhəmiyyət daşıyır. O, Azərbaycanın həm ötən il, həm də son dövrlərdə yüksək aqressivliklə seçilən mütəşəkkil və genişmiqyaslı kiberhücumlara məruz qaldığını xatırladaraq, milli kibermüdafiə mexanizmlərinin daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Komissiya sədri süni intellekt vasitəsilə yaradılan dipfeyk (deepfake) və sintetik media məzmunlarının hibrid hücum alətinə çevrildiyini vurğulayaraq deyib: “Bu materiallar getdikcə daha real görünür və dövlət institutlarının fakt yoxlama mexanizmlərinin reaksiya verməsürətindən daha tez yayılır. Nəticədə onlardan ictimai etimadı sarsıtmaq, dövlət institutlarını gözdən salmaq və insanları, xüsusilə uşaqları manipulyasiya etmək üçün istifadə olunur”.

İnformasiya təhlükəsizliyinin mühüm istiqamətlərindən birinin uşaqların müdafiəsi olduğunu bildirən R. Namazov problemin qlobal miqyasını göstərmək üçün “Google” şirkətinin statistikasına istinad edib. Onun sözlərinə görə, təkcə 2025-ci il ərzində bütündünyada uşaqların təhlükəsizliyi ilə bağlı səbəblərdən 24 milyondan çox videoçarxın silindiyini diqqətə çatdırıb.

Deputat bu istiqamətdə Azərbaycanda qanunvericilik səviyyəsində atılan addımları xatırladaraq şəxsi hesabların qeydiyyatı üçün minimum yaş həddinin müəyyənedilməsi, provayderlərin və rəqəmsal platformaların məsuliyyətinin artırılması, zərərli məzmunun operativ aşkarlanması və silinməsi, şaqların fərdi məlumatlarının qorunması üçün əlavə təminatların verilməsini xüsusilə qeyd edib: “Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi və rifahı məsələlərinə uzun illərdir ki, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən xüsusi diqqət yetirilir. Rəqəmsal İnkişaf Şurasına rəhbərlik edən Mehriban Əliyeva rəqəmsal transformasiyaya həm də humanizm, sosial məsuliyyət və insan maraqlarının qorunması prizmasından yanaşmanı təcəssüm etdirir. Gələcək nəsillər üçün təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasının əsasında məhz bu cür yanaşma dayanmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri