Icma.az
close
up
RU
Balakəndə 32 yaşlı kişi qadını təhqir etdi, qızının videosunu sosial şəbəkədə paylaşdı TƏFƏRRÜAT

Balakəndə 32 yaşlı kişi qadını təhqir etdi, qızının videosunu sosial şəbəkədə paylaşdı TƏFƏRRÜAT

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Balakən rayonunda kafedə ər-arvad arasında mübahisə dava ilə nəticələnib.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Balakən şəhərindəki “Elit” adlı kafedə baş verib.

1993-cü il təvəllüdlü Aydın Səlimov həmin kafeyə gələrək orada ofisiant işləyən qeyri-rəsmi münasibətdə olduğu Mahirə (ad-soyad şərti veriib – red.) ilə mübahisə edib. Ucadan nalayiq ifadələrlə qadını təhqir edib.

Təqsirləndirilən şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.

İş üzrə ifadə verən A.Səlimov bildirib ki, 3 ildən çoxdur Balakən rayon sakini Mahirə ilə dini kəbinlə ər-arvad münasibətində yaşayır: “Bir həftə əvvəl Mahirə “Elit” adlı kafedə ofisiant kimi işləməyə başladı. Onun kafedə işləməsini istəmirdim. Bu səbəbdən aramızda narazılıq yarandı və ayrıldıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəlki gün Mahirə ona zəng edib və işlədiyi “Elit” kafesinə çağırıb: “Kafeyə getdim, Mahirə ilə oturub çay içdik. Aramızda mübahisə yarandı, onu təhqir etdim. Sonrakı gün Mahirə zəng edərək qızı Aysunun olduğu videonu nə üçün “Tik-Tok” səhifəsində paylaşdığımı soruşdu və videonu silməyimi dedi.

Ona Aysunun idarə etdiyim “Mercedes Vito” markalı mikroavtobusda olduğunu, avtomaşını paylaşdığımı izah etdim, videonu siləcəyimi bildirdim və dərhal sildim. Mahirənin Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etməsini sonradan eşitdim. Mən videonu qəsdən paylaşmamışam”.

İş üzrə zərərçəkmiş Mahirənin sözlərinə görə, Aydınla 3 il qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb: "Birgə yaşadığımız müddətdə xərclərimi qarşılamırdı. Bu səbəbdən ondan ayrıldım və Balakən şəhərində yerləşən “Elit” çay evində ofisiant işləməyə başladım. Aydın işləməyimi istəmirdi. Bu səbəbdən iş yerimə gəlib, məni axtarıb”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, növbəti gün saat təxminən 14 radələrində Aydın yenidən onun işlədiyi çay evinə gəlib: “Mənə niyə onun arxasınca danışdığımı bildirdi, əxlaqsız sözlərlə məni təhqir etdi. Həmin gün ondan şikayət etmədim. Sonrakı gün “Tik-Tok” səhifəsində Aydının səhifəsində qızım Aysunun da olduğu video-görüntünü icazəsiz paylaşdığını gördüm. Zəng edərək videonu silməsini istədim. Gah silməyəcəyini, gah da gizlədəcəyini dedi”.

Balakən Rayon Məhkəməsinin qərarı ilə A.Səlimov 4 gün müddətinə inzibati qaydada həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri