Balakəndə avtomobil piyadanı vuraraq öldürüb, daha sonra mağazaya çırpılıb YENİLƏNİB VİDEO
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Balakən rayonunun Qullar kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq piyadanı vurub.
APA-nın xəbərinə görə, daha sonra maşın mağazaya çırpılıb. Nəticədə 1993-cü il təvəllüdlü Günel Bahalova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobilin sürücüsü 29 yaşlı İmam Babazadə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
13.01
Balakəndə ağır yol qəzası baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qullar kəndi ərazisində baş verib. “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və hazırda fəaliyyət göstərməyən dükana çırpılıb.
İlkin məlumata görə, qəzada bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 24 İyul 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















