Balakəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub: Cinayət işi başlanılıb YENİLƏNİB
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Balakəndə baş verən qəzada ölən və xəsarət alanın kimliyi bəlli olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün saat 12 radələrində Balakən rayonunun Qullar kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, nəqliyyat vasitəsinin sürücüsü 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
13:06
Balakəndə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qullar kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və başqa bir tikiliyə çırpılıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 24 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















