Leyla və Alyona Əliyevalar Baytarlıq Klinikasında Foto
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq Klinikası ilə tanış olublar.
Axar.az xəbər verir ki, yeni istifadəyə verilmiş klinikada heyvanların müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş kabinetlər, laboratoriyalar və müasir tibbi avadanlıqlar barədə məlumat verilib.
Qeyd edilib ki, klinika həm regionda ev və çöl (vəhşi) heyvanlarının sağlamlığının qorunmasına xidmət edir, həm də universitetin Baytarlıq ixtisasında təhsil alan tələbələr üçün praktiki vərdişlərin formalaşdırılması baxımından mühüm tədris bazası rolunu oynayır. Leyla Əliyeva bu ixtisasda təhsil alan tələbələr və müəllim heyəti ilə görüşüb, onların fikirlərini dinləyib, baytarlıq sahəsində kadr hazırlığı istiqamətində həyata keçirilən işlərlə yaxından tanış olub.
Baxış sayı:31
Bu xəbər 22 Noyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















