Balidə leysan yağışları ilə bağlı qırmızı xəbərdarlıq edildi
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bali hakimiyyəti güclü tropik leysan yağışları səbəbindən hava təhlükəsi xəbərdarlığını qırmızı səviyyəyə qaldırıb. Güclü yağışlar adada genişmiqyaslı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Moderator.az bildirir ki, bu barədə "Jakarta Globe" qəzetinə istinadən məlumat verib.
Sinoptiklərin proqnozlarına görə, adada güclü yağıntılar ən azı 26 fevrala qədər davam edəcək. Mütəxəssislər həmçinin küləyin sürətinin 12.5 m/s-ə çatacağı və bu səbəbdən sahil sularında dalğaların hündürlüyünün dörd metri keçəcəyi barədə də xəbərdarlıq edirlər.
Kurortlarda dincələn turistlərə xüsusi xəbərdarlıq edilir. Səyahət edənlərə son dərəcə ehtiyatlı olmaq və yerli meteoroloji xidmətlərin ən son məlumatlarını yaxından izləmək tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Fevral 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















