Icma.az
close
up
RU
Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR Belə nəzarət ediləcək

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR Belə nəzarət ediləcək

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Balıq və digər su bioresurslarının ovuna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Balıqçılıq haqqında" qanun layihəsində əks olunub.
Layihəyə görə, bununla yanaşı, balıqçılıq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri aşağıdakılardır:
 

- balıqçı gəmilərini, habelə qanunsuz balıq ovu ilə məşğul olan gəmiləri saxlamaq, onları təyin olunmuş yerə istiqamətləndirmək, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlara maneəsiz daxil olmaq, eləcə də həmin gəmilərin, habelə balıq və digər su bioresurslarının daşınmasında istifadə olunan digər nəqliyyat vasitələrinin, balıqovlama biletlərinin, balıqovu alətlərinin və əldə edilmiş balıqçılıq məhsullarının yoxlanılmasını həyata keçirmək;


- ovlanmış balıqçılıq obyektlərinin balıq ovu üçün kvotaya uyğunluğunu yoxlamaq;
- ixtisaslaşdırılmış bazarlarda ticarət dövriyyəsinə daxil edilməsi üçün balıq və digər su bioresurslarının mənşəyi, cinsi, növü, miqdarı, ölçüləri və çəkisi barədə məlumatları əks etdirən müşayiətedici sənədin mövcudluğunu və faktiki vəziyyətin həmin məlumatlarla uyğunluğunu yoxlamaq;
- balıq və digər su bioresurslarının dayanıqlı ovunun təmini məqsədilə balıqçılıq subyektləri tərəfindən istifadə edilən balıqçılıq infrastrukturu, balıq ovu alətləri və balıqçı gəmiləri ilə bağlı texniki tələbləri müəyyənləşdirmək, uçotunu və izlənməsini (o cümlədən məsafədən izləmə sistemləri vasitəsilə) həyata keçirmək və bununla bağlı nəzarət tədbirləri görmək;
- müqavilə əsasında istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıqçılıq subyektləri tərəfindən həyata keçirilən meliorasiya fəaliyyətinə nəzarət etmək;
- balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə və yeni növlərinin balıqçılıq su obyektlərinə buraxılmasına nəzarət etmək;
- kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazənin (sertifikatın) verilməsini təmin etmək;
- balıq və digər su bioresurslarının ticarət dövriyyəsinə daxil edilməsi üçün satılan məhsulun minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etmək;
- akvakultura təsərrüfatlarına daxil olmaq və onların bu Qanunun maddəsində nəzərdə tutulan Biotexnoloji Layihə Sənədinə uyğunluğunu, habelə həmin təsərrüfatlarda balıqçılıq haqqında qanunvericiliyə əməl etməsini yoxlamaq;
- akvakultura təsərrüfatlarında balıqçılıq obyektləri istehsalının uçotunu aparmaq və izlənmə sisteminin qurulmasını təmin etmək;
- akvakultura təsərrüfatlarında nohurların qurudulması, doldurulması, formasının dəyişdirilməsi, qum və digər torpaq resurslarının götürülməsi ilə bağlı nəzarət tədbirlərini həyata keçirmək;
- ətraf mühit amillərinin, o cümlədən istifadə edilən suyun keyfiyyətinin balıqçılığa və akvakultura fəaliyyətinə təsiri ilə bağlı monitorinq həyata keçirmək;
- balıqların kürütökmə yerlərində bəndin çəkilməsinə və dağılmış bəndlərin bərpa edilməsinə razılıq vermək;
- balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istifadəyə verilməsinə razılıq vermək;
- sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi məqsədilə çaylarda, çay qollarında və kanallarda qalaqlar yaradılmasına və ya su axınının qarşısının kəsilməsinə, su anbarlarından, göllərdən və limanlardan suyun buraxılmasına razılıq vermək;
- balıq və digər su bioresurslarının təbii artımının təmini məqsədilə təbii balıqçılıq su obyektlərində süni riflər və digər balıqartırma tikililərinin qurulması ilə bağlı tələblər müəyyənləşdirmək;
- balıqçılıq subyektlərinə normativ hüquqi aktların tələblərinin pozulması hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək.
Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri nəzarət tədbirlərinin həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən xüsusi geyim, fərqlənmə nişanları, xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatlar ilə, nəqliyyat vasitələri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurum) tərəfindən müəyyən edilən fərqlənmə nişanları ilə təmin olunacaqlar.
Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq edə biləcəklər.
 

Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına aid bölməsində və daxili su hövzələrində balıqçılıq sahəsində mühafizə və dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə gəmiləri, minik avtomobillərini və digər nəqliyyat vasitələrini satın almaq, icarəyə (kirayəyə) və əvəzsiz istifadəyə götürmək hüququna malik olacaq.


Sahibkarlara münasibətdə balıqçılıq sahəsində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.
Balıqçılıq subyektləri və obyektləri, habelə balıqçılıq infrastrukturu, balıq ovu alətləri, balıqçı gəmiləri barədə və balıqçılıq sahəsində idarəetmənin və nəzarətin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində toplanacaq.
Balıqçılıq su obyektləri, o cümlədən vətəgə sahələri barədə məlumat daşınmaz əmlakın dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri məlumatlarının tamlığının təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 İyun 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri