Almaniyada keçmiş dünya çempionu prezidentliyə namizəd olacaq
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Almaniya üçün Alternativ” Partiyası (AfD) keçmiş alman futbolçu və 1990-cı il Dünya Kubokunun qalibi Tomas Bertoldun Almaniya prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzetinin məlumat yayıb.
Məlumata görə, AfD Berlində keçiriləcək partiya iclasında namizədliyini rəsmi olaraq elan etməyi nəzərdə tutur.
Qeyd edək ki, Noyabrın 9-da Almaniya kansleri və Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Bavariya Parlamentinin spikeri İlze Ayqnerin Almaniya prezidentliyinə namizədliyini dəstəkləyib. Belə ki, kansler bu qərarını Berlində CDU nümayəndələri ilə görüşdə açıqlayıb.
Xatırladaq ki, Almaniyada prezident seçkiləri 30 yanvar 2027-ci il tarixinə planlaşdırılıb və Federal Məclis tərəfindən seçiləcək. Namizədlər arasında Bavariya landtaqının sədri İlze Ayqner, Bundestaqın sədri Yuliya Klökner, təhsil naziri Karin Prien və başqaları var. Lakin onlar arasında Ayqner aparıcı namizəddir.
Bu mövzuda digər xəbərlər:Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
10 Noyabr 2026 09:46
Keçmiş nazir prezidentliyə namizəd olacaq
13 Fevral 2026 01:23
Almaniyada yaşayan azərbaycanlı cüdoçu şəhər çempionu olub
14 Sentyabr 2026 13:39
Prezidentliyə keçmiş namizəd saxlanıldı
26 Fevral 2026 23:50
Keçmiş prezidentliyə namizəd saxlanılıb
21 Sentyabr 2026 09:41
Baxış sayı:55
Bu xəbər 13 Noyabr 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















