Devid Bekhemin növbəti uğuru: Tarixi siyahıya düşdü
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və "İnter Mayami" klubunun həmsahibi Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat verilib.
Mərasim 2027-ci il aprelin 16-da Texas ştatının Frisqo şəhərində yerləşən "Toyota" stadionunda keçiriləcək.
Bekhemlə yanaşı, Jozi Altidor, Lotar Osiander, Culi Erts, Meqan Rapino və Tatu da Şöhrət Zalına daxil ediləcəklər.
50 yaşlı Bekhem 2007-2012-ci illərdə "Los-Anceles Qalaksi" klubunda çıxış edib. Həmin müddətdə ingiltərəli futbolçu iki dəfə MLS Kubokunun (2011, 2012), iki dəfə isə müntəzəm mövsümün qalibi olub (2010, 2011).
Futbolçu karyerasını başa vurduqdan sonra Bekhem "İnter Mayami" klubunun həmsahibinə çevrilib. 2025-ci ildə komanda tarixində ilk dəfə MLS Kubokunu qazanıb.
Baxış sayı:125
Bu xəbər 13 Noyabr 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















