Baliyə tətilə yollanan turist içkidən zəhərlənərək ölüb
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
İndoneziyanın Bali adasında istirahətdə olarkən zəhərlənən Rusiya vətəndaşı komada keçirdiyi 22 gündən sonra həyatını itirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yerli şərabdan istifadə edən qdının qısa müddət sonra vəziyyəti pisləşib və onda qıcolmalar, ürəkbulanma müşahidə olunub, daha sonra isə huşunu itirib.
Xəstəxanaya çatdırıldıqdan sonra həkimlər onun metanol zəhərlənməsi keçirdiyini müəyyən ediblər.
Müalicə müddətində iki dəfə aparılan müayinələr beyin qan dövranının tam dayanmasını göstərib. Həkimlərin uzunmüddətli mübarizəsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata əsasən, son iki həftə ərzində ailə onu Rusiyaya təxliyə etməyə çalışsa da, bu mümkün olmayıb. Xəstəxana xərcləri 2 milyon rubldan çox olub, meyitin vətənə gətirilməsi üçün isə əlavə maliyyə toplanmasına başlanılıb.
Hadisə ilə bağlı ikinci ölüm faktının qeydə alındığı bildirilir və bu, Baliyə səfər edən turistlər arasında ciddi narahatlıq yaradıb.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 İyun 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















