Balkondan yıxılaraq ölən müğənni Güllünün son müsahibəsi gündəm oldu: Həyatım film olsa, məni Serenay Sarıkaya oynasın
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Altıncı mərtəbədəki evinin balkonundan yıxılaraq həyatını itirən məşhur türkiyəli müğənni Güllünün verdiyi son müsahibə gündəm olub.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Bir çox unudulmaz mahnıların ifaçısı olan tanınmış sənətçi həyatı haqqında film çəkilərsə, baş rolu məşhur aktrisa Serenay Sarıkayanın canlandırmasını istədiyini deyib.
"Həyatım filmə çevrilsə, Serenay Sarıkayanın baş rolda oynamasını çox istərdim. Davranışı və nəcibliyi ilə bambaşqa bir insandır. Hətta "Instagram"da bir-birimizlə gizli yazışırıq", - deyə Güllü qeyd edib.
Müğənninin Sarıkayanı tez-tez təriflədiyi də bildirilir. İndi isə aktrisanın "Sabah olmadan" mahnısını oxuduğu anlar yenidən gündəmə çevrilib.
Xatırladaq ki, ötən gecə məşhur türkiyəli müğənni Güllü 6-cı mərtəbədəki evinin balkonundan yıxılaraq ölüb. Uzun müddətdir Yalova şəhərinin Çınarcık rayonunda yaşayan müğənni qızı və onun dostu ilə birlikdə 6-cı mərtəbədəki evinin balkonunda oturduğu zaman əhvalı pisləşib və yıxılıb. Sənətçi hadisə yerində həyatını itirib.
Balkondan yıxılaraq ölən müğənni Güllünün son müsahibəsi gündəm oldu: "Həyatım film olsa, məni Serenay Sarıkaya oynasın"
Balkondan yıxılaraq ölən müğənni Güllünün son müsahibəsi gündəm oldu: "Həyatım film olsa, məni Serenay Sarıkaya oynasın"
Baxış sayı:85
Bu xəbər 26 Sentyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















